Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gömrük komitəsinin 4 vəzifəli əməkdaşına cinayət işi açıldı

 

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.

 Yenixeber.org: DGK-nın saytına istinadən xəbərə görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 6 dekabr 2018-ci il tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Onu da qeyd edək ki, faktla bağlı yanvar ayının 8-də sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində rəsmi məlumatlara əsaslanmayan, yanlış şərhlərlə xəbərlər paylaşılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam