Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu ölkədə Azərbaycan və Türk diasporu bir araya gəldi– FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Londonda Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə Türk Okullar Dərnəyinin rəhbəri və Türk icmasının nümayəndələri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Yenixeber.org: Komitənin yaydığı məlumata görə, görüşdə müxtəlif ölkələrdə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb. 
Qeyd olunub ki, 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi də iki ölkənin diasporlarının sıx əməkdaşlığını nəzərdə tutur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ABŞ və Almaniyada Azərbaycan və Türk diasporlarının birgə toplantısı keçirilib.
Müxtəlif ölkələrdəki görüşlərdə də Türk icmalarının nümayəndələri hər zaman iştirak edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam