Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Diaspor nümayəndələri bu gün -Şuşada bir sıra yerləri ziyarət edəcəklər

Diaspor nümayəndələri bu gün Şuşada bir sıra yerləri ziyarət edəcəklər

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, bu gün Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, diaspor nümayəndələrinin iyulun 27-də Komitənin təşkilatçılığı ilə Şuşa şəhərinə ilk səfəri dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanıb və təqdir olunub.

Azərbaycan diaspor nümayəndələrinin Qarabağa 2-ci səfərində 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam