Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Türkiyədəki diaspor rəhbərləri Fuad Muradovla görüşüb

 

Türkiyədəki diaspor rəhbərləri Fuad Muradovla görüşüb
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədri Seyfettin Ayakyayın rəhbərlik etdiyi QHT, diaspor təmsilçiləri və jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Yenixeber.org: Komitədən  verilən xəbərə görə, görüşdə Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının işi, iki ölkə diasporunun birgə fəaliyyətinin perspektivləri və digər məsələlər müzakirə olunub.

Qonaqları salamlayan Dövlə Komitəsinin sədri Fuad Muradov 100 il öncə Azərbaycanın azadlıq mübarizəsinə Türkiyənin göstərdiyi dəstəyin bu gün də davam etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərməkdədir. Müxtəlif öləkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının ortaq problemimiz olan erməni yalanları ilə mübarizədə birgə fəaliyyətinin, həmrəyliyinin daha da gücləndirilməsi qeyd olunub. Yalnız birgə fəaliyyət nəticəsində bu gün dünyada gedən informasiya müharibəsində qalib gəlməyin mümkünlüyü vurğulanıb. Bu istiqamətdə yaşlılıarın təcrübəsindən istifadə etməklə gənclərin hazırlanmasının və jurnalistlərlə sıx əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, bu gün Türkiyədə fəaliyyət göstərən 60-a yaxın Azərbaycan diaspor təşkilatının birgə fəaliyyətinin vacibliyinə də toxunulub, bu isqitamətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətində təmsil olunan diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də Türkiyənin problemi olduğunu ifadə ediblər. Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər haqqında məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən QHT, diaspor nümayəndələrinin “Bir damla su” layihəsi çərçivəsində Azərbaycanda səfərdədir. Layihədə Azərbaycan tərəfdən Müharibə Veteranı Qadınlarına Sosial Yardım, Abidələrin Müdafiəsi Təşkilatı, Miqrasiya Proseslərinin Tədqiqi, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birlikləri təmsil olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam