Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Fuad Muradov Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Yenixeber.org: Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, F.Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkını ziyayət edib, ümummilli liderin heykəli önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Dövlət Komitəsinin sədri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb. Y.Topçu F.Muradovu bu məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib və işlərində uğular arzulayıb. Görüşdə bu gün türk dünyasının birləşməsinə böyük ehtiyac olduğu vurğulanıb.

Səfər çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Sərdar Çamla Azərbaycan və Türkiyə diasporlarının fəaliyyəti, o cümlədən iki qurum arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq mayın 23-də Heydər Əliyevə həsr olunan “Unudulmaz” sənədli filminin Ankaradakı diplomatik nümayəndəliyimizdə təqdimatı olub. Daha sonra mərasim iştirakçıları Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan fotosərgi və ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Təqdimat mərasimində hər iki ölkədən rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, Ankara şəhərindəki Heydər Əliyev məktəbinin şagirdləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Səfir Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Türkiyə-Azərbaycan münasibətlərinin qurulmasındakı xüsusi xidmətlərindən bəhs ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra Fuad Muradov Türkiyədə çalışan və təhsil alan həmyerlilərimizlə, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə görüşüb, onları maraqlandıran məsələlər müzakirə olunub. Dövlət Komitəsinin sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Fuad Muradov Dövlət Komitəsinin sədri kimi ilk rəsmi səfərinin qardaş Türkiyə etdiyini və soydaşlarımızla görüşdən məmnun olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam