Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

İspaniyada Azərbaycan Evi açıldı, Abel Məhərrəmovun səfir oğlu ortalarda görünmədi-FOTOLAR

 

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər. Mərasim “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.

 

Tədbirdə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Gogolashvili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətinin Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək,  milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı, burada Azərbaycan və Gürcüstan icmalarının birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

 

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan 7 yeni və fərqli layihə barədə ətraflı məlumat verilib. 

Maraqlıdır ki, nə Komitənin yaydığı məlumatda, nə açılış barədə fotolarda Azərbaycanın İspaniyadakı səfiri, keçmiş deputat və BDU-nun keçmiş rektoru, son günlər adı məlum toyda dediyi sağlığa görə KİV-lərdə sağa-sola hallanan Abel Məhərrəmovun oğlu-Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun adı çəkilmir, özü gözə dəymir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam