Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SÖZDƏN QALA TİKƏN ŞAİRƏ

"Xeberinfo.com":  Son vaxtlar ədəbi mühitdə nəzərə çarpan irəlləyiş ədəbiyyat nümunələrininın dilə yatımlılığı, xalqın dilinə yaxın olmasıdır. Poeziya ta qədimdən şifahi xalq ədəbiyyatı kimi mövcud olmuş, öz inkişaf yollarını keçərək günümüzə qədər gəlib çıxmışdır. Hansı ki, ədəbi müstəvidə çoxları sözünüi demişdir. Mənim fikrimcə şeiri, şeir edən onun kəsb etdiyi məna çalarlarıdır ki, bu da mühitindən asılı olmayaraq hər dövrdə özünü göstərir. Bu gün ədəbi mühitdə yazarların sayı çox olduğundan ədəbiyyatımız tərəqqi etməkdədir.( Belə demək mümkünsə) Lakin qələm əhlinin çox olmasına baxmayaraq zaman özü , öz dövrünün şedevrlərini seçir. Belə ki, hər dövürlərdə olduğu kimi hər şairin, yazarın öz dəsti-xətti, üslub tərzi var. Bu baxımdan müəyyən zamanlarda yazarlar olub ki, ədəbi mühitdə gec görünüb, tezdə yaddan çıxıblar.Zənnimcə müasir dövrümüzdə də, belə qələm sahibləri var ki, zamanla ələkdən keçərək ədəbi mühitə gec gəlməyinə baxmayaraq ədəbiyyatda müəyyən qədər öz sözlərini deyə biliblər. Belə yaradıcı insanlardan biri müasir çağdaş ədəbiyyatımızda yazıb-yaradan şairə, publisistik Təranə Şəmsdir. Təranə Şəms ədəbiyyata gec gəlməyinə baxmayaraq tez bir zamanda sözünü deyə bilən yazarlardandır. 

Poeziya sözün əsl mənasında şeriyyətin özü qədər sirli-sehirli aləmdir. Poetik yaradıcılığın özünə məxsusluq faktını dərk etdikcə insan daha çox inanır ki, şairlik birbaşa Allah vergisidir istedadl ilə birgə doğulur. Demək, şairlik çoxlarına nəsib olmayan Allahın sevdiyinə nəsib etdiyi fitrətdir. Qeyd etdiyim nüansları Təranə Şəms yaradıcılığında hiss etdiyimdən bir daha əmin oldum ki, demək şairlər elə şair doğulurmuşlar. Təranə Şəmsin istər məhəbbət mövzusunda, istər vətənpərvərlik, istərsə də ictimai-siyasi mövzularda yazdığı şeirlərində ahəngdarlıq, ardıcıllıq və ən başlıcası, yürütdüyü fikirlər böyük məna kəsb edir. Təranə xanım öz fikirlərini oxucuya sətialtı ifadələrlə çatdırmağa daha çox can atır. Təqdirə layiq hal budur ki,Təranə Şəmsin qələmində kiməsə oxşarlıq, təkrarçılıq nəzərə çarpmır, yəni onun qələmi heç kimsəni təqlid etmir. Oxucu olaraq, Təranə Şəmsin şeirlərini oxuyanda belə qənaətə gəlirəm ki, ədəbiyyatda bir yenilik, bir ahəngdarlıq meydana gəlib, çünki şairənin dəstixətti həmkarlarının qələminə bənzəmir və ən əsası da odur ki, onun qələmə aldığı hər kəlmədə orijinallıq var. Aşağıdakı şeir nümunəsinə nəzər salaq .
Allahim, Allahım gözəl Allahım
Ürəkləri oxuyan, qəlbi bilənsən
Səndən gizli nə var, bilib görənsən,
Haqlıya, haqsızın, yolun bölənsən.
Allahım, Allahım, gözəl Allahım! 
Şairə bu şeiri ilə Allahın böyüklüyünü, ucalığını və hər şeyə qadir olduğunu, yazdığı misralarda elə göstərir ki, şeiri oxuyan hər oxucu onun dərinliyinə uymaya bilməz. Şeirin iİkincİ bəndinə nəzər salsaq görərik ki, son ümüdini itirənə, yoxsula, haqlıya kömək, haqqsızı rəzil edən məhz Allah olduğunu oxucuya çatdırır. 
Sən oldun imanım, sən-sən pənahım,
Sən-sən dərgahım, həm, səcdəgahım.
Əyilləm, önündə, həm qibləgahım.
Allahım, Allahım, gözəl, Allahım! 
Təranə xanımın qələmi çox çalarlıdır . Onun Vətənpərvərlik şeirləri də örjinallıq baxımından fərqlənir. “Qarabağ " şeirinə nəzər salanda görərik ki, şairə Qarabağın ta qədim zamanlardan üzü bu yana Azərbaycanın olduğu və indi isə ermənilər tərəfindən işğal ounduğu ağır misralarla qeyd edilir. Hətta şairə bu şeirində Türk olduğunu daha qabarıq şəkildə göstərir.
Sinən yanır Qarabağ
İtir zaman, gedir vaxt
Alın yazın, qara baxt
Bulaq -bulaq qurusan da,
Dağlarında qara bax.
Olsa DĞA şeytan da,
Bir millətik, TÜRK bizik
Siz biziksə, biz sizik
Türk mənəmsə var izim 
Versək yenə əl-ələ
Torpaq bizim,YURD bizim
Qeyd etməliyəm ki, Təranə Şəmsin şeirlərində musiqi var, saz var, həzin axıcılıq var, şəlalənin səsi var. Mən ümid edirəm ki, Bəxtiyar Vahabzadəni yetirib Türk dünyasına tanıdan Şəki torpağı Təranə Şəmsi də gələcəkdə gözəl şairə kimi Azərbaycan ədəbi mühitində özünə məxsusuluğu ilə fərqləndirəcək . Zaman-zaman şairə ədəbi mühitdə öz sözünü deyən qələm sahiblərindən biri olacaq. Şairənin qələmində diqqəti çəkən məqamlardan biri budur ki, hətta yaş yetirsə də öz uşaqlığını xatırlayır və Allahdan kəramət istəyir ki, kaş yenidən uşaq olaydı. Şairə incə məqamlarla oxucuları anlatmağa çalışır ki, uşaqlıq çağı HEÇ VAXT yaddan çıxmır . İnsan yaşlansa belə daima uşaqlıq çağlarına can atır. Şairə”Birdə uşaq olaramsa” deyərək yazır.
Bir də uşaq olsaydım,
Deyim nələr istərdim,
Yaşadığım həyata 
Çox ümidlər bəslərdim.
Yaşayıb uşaqlığı,
Həyat astanasından 
Tələsdirib ömrümü
Uşaq olub keçməzdim.
Payıma dərd düşəndə,
Ocaq qurub, bişməzdim.
Təranə Şəmsin yaradıcılığında sevgi, məhəbbət şeirləri də üstünlük təşkil edir. İki sevən aşiqin hisslərini o qədər səmimi misralara düzür ki, şeiri oxuyarkən həqiqi hisslərin mayası olduğunu görmək çox asandır. Aşağıda verilən şeirdə şairə sevən aşiqin surətini yaratmış və onun sevdiyi qıza olan hiss və emosyalarını misralara düzərək belə qeyd edir. 
Kim deyər daşdı qəlbim
Sevməyi bacarmaram
Çəksəm nazı – qəmzəni
Bəlkə də qocalmaram
Düşsəm qara sevdaya,
Loğmansız sağalmaram
Nə olur demə! Demə, demə amansız
Sevdim səni, sevdim qız!
Göstərilən şeir nümunəsində həm axıcılıq, həm də ahəngdarlıq görürük. Şairənin başqa bir şeir nümunəsinə nəzər salaq. 
Ürəyim yanmasa, gözüm ağlarmı?
Yanmasam sözlərim sizi dağlarmı?
Misralar nəm cəkib, sözüm çağlarmı?
Sən ağla , dərdimə axan göz yaşım !
Bu şerində şairə öz dərdindən bitib tükəndiyini qeyd edərək axan göz yaşlarına müraciət edir, ona yalvarır ki, daha mən bu acılara göz yaşı tökə bilmirəm. Və axan göz yaşlarına bu baxımdan müraciət edir. Təranə xanımın yaradıcılığı barədə çox söz demək olar. Lakin, sonda gəldiyim fikir budur ki,şairləri çox olduğu ədəbi mühitdə Təranə Şəmsin qələmi özünə məxsusluğu ilə fərqlənir. Onun yaratmış olduğu əsərlərdə işlənmiş, çeynənmiş ifadələr, deyilmiş sözlər yoxdur. Şairənin yaradıcılığında elə sözlər ifadələr var ki, hər misrası ən uca dağlardan belə böyükdür. Mən oxucu olaraq Təranə Şəms yaradıcılığına uğurlar diləyirəm. Daima yazıb-yaratsın qələmi susmasın, şeirləri dillər əzbəri olsun.

 

EYVAZ ƏYYUB


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam