Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir?


Xəbər verdiyimi kimi, 1-7 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində XI Beynəlxalq Kitab Sərgisi keçirilir.
Yenixeber.org: Məlumata görə, Mədəniyyət Nazirliyi tender müsabiqəsi keçirmədən, Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətlərini “Azexpomontage” MMC-yə (VÖEN - 1302174151) həvalə edib və görüləcək işlər üçün bu şirkətə 533 min 717 manat 1 qəpik ödəyəcək.
Qeyd edək ki, sərginin keçirilməsi üçün yarım milyon manatdan çox vəsaitin sərf olunmasına baxmayaraq XI Beynəlxalq Kitab Sərgisinin rəsmi veb-saytında – “bakubookfair.az”da sərgi ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Saytın xəbərlər bölməsində sonuncu xəbər 26 sentyabr 2024-cü il tarixinə aiddir.
Məlumat üçün bildirək ki, ötən il 2-8 oktyabr tarixlərində baş tutan X Beynəlxalq Kitab Sərgisi barədə də “bakubookfair.az” saytında heç bir məlumat yer almayıb. Ötənilki sərginin təşkili işlərini “Admedia.Az” MMC-yə həyata keçirib və tender şərtlərində nəzərdə tutulan təşkilati işlərin bəziləri icra edilməyib.
Xatırladaq ki, bu barədə ilk dəfə Yeniavaz.com saytında məlumat dərc olunub.
Ətraflı məlumat almaq üçün keçidə daxil ola bilərsiniz:(yeniavaz)
Kitab sərgisi üçün nazirlikdən 642 min manat alan şirkət bəzi xidmətləri yerinə yetirməyib?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam