Biznesmen deputat İmamverdi İsmayılov indi isə yazıçi-publist obrazında təriflər qəbul edir...
Doğrudur kitab yazmaq, oxumaq insan həyatında vacib məqamdır.
Yenixeber.org: Lakin kitab oxumaq üçün gərək taqətin ola, qayğıları həll edə biləcək təminatın ola..... Necə ki, Zəngilan və Qubadlı seçiciləri bunu edə bilmir.
Bu günlərdə Bakı Ekspo Mərkəzindi XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının təqdimat mərasimi keçirilib.
Amma İmamverdi İsmayılov biznesi saat əqrəbi kimi işləməsinə rağmən özünü publist kimi təriflər yağdırır.
Təmtaraqlı keçirilən tədbirdə Partlament rəhbərliyi və üzvləri, Milli Elmlər Akademiyasının rəhbəri və ölkənin tanınmış seçilib sayılan iş adamları işıqlı geniş salona Milli Məclisin iclasılarına müzakirə zamanı agzına su alıb oturan,ancaq qanun layihələrinə lehiyə düyməsini basmaqla 7 çağırış mandat sahibi olan İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının imzası üçün toplanmışdırlar.
İmamverdi İsmayılov mətbuatda geniş rezonans doğuran xəbərləri ilə gündəmdə olub. Belə ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovla oğlu İlkin İsmayılovun adının Könül Zalovanın ölümündə hallannması olub. Belə ki, Könül Zalovaya məxsus ağ rəngli "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılov məxsus olduğu bildirilirdi.
Bu məlumatlarda başqa İmamverdi İsmayılovu geniş biznes şəbəkəsinə malik olduğu iddia olunur. Sumqayıtda şəhərində, Abşeron rayonu ərazisində fermaları, marketləri, şadlıq saraylarını avtomobil salonlarını qeyd etmək olar. Bütün bunlar isə mətbuatda təkzib edilməyən xəbərlərdir.
Hal-hazırda isə ölkə rəhbərliyinin və azərbaycan ordusunun sücayəti nəticəsində 27 il işğal altında qalan bu gün isə yenidənqurulan Zəngilan və Qubadlını təmsil edən İmamverdi İsmayılov hər hansı bir seçicisinin problemini və yaxud istəyini ali tribunadan səsləndirməyərək özünə təriflər söylətdirir. Belə məqamda xatırlanır ki, ötən parlament seçkilərində çətinliklə yaşayan seçicilər seçki vaxtı etiraz etməzdilər.
Hətta bahalı avtomobil həvəskarı olan özünü peşakar yazıcı kimi ictimayyət üçün təriflər söylətdirən İmamverdi İsmayılov “Bayquş və qarovulçu” kitabını bir nüsxəsini seçicisi üçün görəsən imzalayıb?(azfakt.com)