Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Bu ölkə Belarusla sərhədi açır

Litva sabahdan Belarusla sərhədi açacaq
Litva hökuməti Belarusla sərhəddə oktyabrın sonundan bəri müvəqqəti bağlanan iki keçid məntəqəsinin vaxtından əvvəl açılması barədə qərar qəbul edib.

Yenixeber.org: Bu barədə Litva mediası məlumat yayıb.

Söhbət “Medyininkay” (qarşı tərəfdə “Kamenniy Loq”) və “Şalçinininkay” (qarşı tərəfdə “Benakonı”) sərhəd-keçid məntəqələrindən gedir. Hər iki məntəqə sabah — 20 noyabr tarixindən etibarən fəaliyyətini bərpa edəcək.

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, Milli Təhlükəsizlik Komissiyasının qəbul etdiyi qərarlar mövcud şəraitin dəyişdiyini göstərir.

“29 oktyabr 2025-ci ildə tətbiq edilən sərhədi keçmə məhdudiyyətlərinin artıq daxili təhlükəsizliyin təmin olunması üçün zəruri olmadığı müəyyən edilib. Bu səbəbdən həmin məhdudiyyətlərin ləğvi məqsədəuyğundur”, - daxili işlər naziri bildirib.

Bundan əvvəl Litvanın Baş naziri İnqa Ruqinene açıqlayıb ki, Milli Təhlükəsizlik Komissiyası bu iki keçid məntəqəsinin açılmasını tövsiyə edib. Onun sözlərinə görə, sərhədin fəaliyyətə hazırlanması bir gün vaxt tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam