Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Binəqədidə bağça ərazisini kimlər satır? -DE-FAKTO

Binəqədidə bağça ərazisini kimlər satır? 
Son statistik məlumata görə “Azərbaycanda 1669 uşaq bağçası fəaliyyət göstərir,  bu da sadəcə 16-17% uşağı əhatə edir.Adətən, işləyən valideynlər sistemlərini qura bilmək üçün övladlarının bağçalara yazılmasına çalışırlar.Nazirlik onlayn qeydiyyat prosesi yaratsa belə, əksər valideyinlər uşaqlarını yerlərin azdığı səbəbindən bağçaya yazdıra bilmirlər.
Çox təəsüflər olsun ki bəzi bağça müdirləri bağçada qruplarda boş uşaq yerləri olsa da, onlayn sistemi açmırlar ki, uşaqlar qəbul olunsun, bağça uşaqla tam dolsun.
 
Yenixeber.org: Belə bağçalardan biri də Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasıdır.Mediatv.az-ın redaksiyasına veilən məlumata görə, son bir il dörd ayda bu uşaq bağçasının 5-6 müdürəsi olub.2 aydan artıqdır ki, müdir vəzifəsini Nərgiz adlı kordinator icra edir.Bağçada qruplari qəsdən boş saxlayırlar ki,bağça bağlansın. Bağçaya uşaq qoymaq üçün müraciət edənlərə deyirlər ki, boş yer yoxdur. Halbuki hər qrupda azı 10-12 uşaq yeri var.153 saylı uşaq bağçasın geniş ərazisi olduğu üçün yerini tikinti şirkətinə yüksək qiymətə satıblar. İndi də müxtəlif bəhanələrlə işçiləri ixtisar etməklə məşğuldular.
Bundan əlavə bağçada təchizat çox pis gündədir. Uşaqlara hər gün suda qaynadılmış düyü və makarondan başqa ayrı heç nə verilmir.
Bu sadalananlar Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasında baş verənlərdir. Ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrinin problemləri saymaqla bitməyəcək qədərdir. Bu problemlərdən ən dəhşətli olanı isə bağçalara uşaqların rahat oynaması, hava alması üçün ayrılmış həyətyanı torpaq sahələrinin satılması, bağça ərazisində göydələnlərin tikilməsidir.Bəs görəsən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun,eləcə də Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 153 saylı uşaq bağçasında baş verənlərdən,antisanitar vəziyyətdən və Nazirlər Kabinetini tərəfində müəyyən edilmiş qida normalarının çatdırımamasından xəbərləri varmı?
Araşdırmamız davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatv.az 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam