Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsildə “parkinqçi idarəçilik” dövrü: Coşqun Əliyev strateji vəzifəyə necə gətirildi? -SUALLAR

Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Coşqun Əliyevin təyin olunması təhsil cameəsində və ictimaiyyətdə ciddi suallar doğurub. Dörd yüzdən artıq təhsil müəssisəsinin fəaliyyətinə nəzarət edən bir qurumun rəhbərliyinə pedaqoji təcrübəsi olmayan, illərlə mətbuatda korrupsiya qalmaqalları ilə gündəmə gəlmiş bir şəxsin gətirilməsi, sadəcə təəccüb yox, həm də narahatlıq yaradıb.

Coşqun Əliyev kimdir?

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi olmuş Coşqun Əliyevin adı mətbuatda şəhər parkinqlərinin qeyri-rəsmi idarə olunması, gəlirlərin dövlət büdcəsindən yayındırılması kimi ittihamlarla hallanıb. Onun bu fəaliyyəti dövründə küçələrdən milyonlarla manat gəlir əldə edildiyi, lakin dövlətə cüzi hissəsinin ödənildiyi iddia olunur.

İndi sual olunur:

- Bir gün belə pedaqoji fəaliyyət göstərməmiş, təhsil sahəsində təhsili və təcrübəsi olmayan bu şəxs təhsilin strateji idarəetmə səviyyəsinə necə və hansı əsasla gətirilib?
- Təhsil sahəsində vəzifə təyinatları hansı meyarlarla həyata keçirilir? – Təcrübə və savad, yoxsa şəxsi əlaqələr və keçmiş şərikliklər rol oynayır?

- Təhsildə islahatlara açıq çağırış edən Prezidentin və nazirliyin siyasi iradəsi, niyə bu tip kadr təyinatları ilə ziddiyyətə düşür?

Əgər təhsilin idarəetməsi də “küçədən gələn pul” təcrübəsi ilə aparılacaqsa, bu, yalnız müəllimlərin yox, bütün gələcək nəslin inkişafına birbaşa təhdiddir.

Yekun olaraq, cəmiyyət və təhsil ictimaiyyəti gözləyir ki, belə təyinatlar obyektiv əsaslarla yoxlanılsın, vəzifəyə uyğunluq kriteriyaları müəyyənləşdirilsin və korrupsiya kölgəsi olan şəxslər strateji postlardan uzaq tutulsun. Əks halda, bu cür təyinatlar cəmiyyətdə təhsilə olan inamı sarsıtmaqda davam edəcək.(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam