Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsilə bağlılığı olmayan şəxs necə böyük təhsil postlarına gətirilib? – Gündüz Əbdülovun təyinatına dair suallar -TƏFSİLAT

Son illər təhsil sahəsində aparılan islahatlar fonunda bəzi kadr təyinatları cəmiyyətdə ciddi suallar doğurur. Belə şəxslərdən biri də *Gündüz Əbdülov*dur.

Yenixeber.org: Əsasən hərbi təcrübəyə malik olan, polkovnik rütbəsi daşıyan Gündüz Əbdülovun təhsil sahəsinə rəhbərlik etməsi paradoksal məqam kimi qiymətləndirilir.

O, 2022-ci ilin aprelində təhsil naziri Emin Əmrullayevin əmri ilə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olundu. Halbuki, onun nə pedaqoji təcrübəsi, nə də təhsillə bağlı öncəki fəaliyyəti məlum deyildi. Bu təyinat birmənalı qarşılanmadı.

Bundan sonra yüksəliş daha sürətlə davam etdi:

- 2023-cü ilin oktyabrında – Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olundu.
- 2024-cü il yanvarın 12-də isə daha yüksək və gözlənilməz bir təyinat baş verdi: Azərbaycan Milli Müdafiə Universitetinin rektoru oldu.

Əldə olan məlumatlara görə, Gündüz Əbdülov təhsildən öncə TƏBİB-də aparat rəhbəri vəzifəsində çalışıb. Yəni nə bu sahədə təcrübəsi, nə də elmi-pedaqoji fəaliyyəti mövcuddur.

Bu təyinatlar fonunda yaranan suallar isə belədir:

- Təhsillə bağlılığı olmayan bir şəxs təhsil sistemində yüksək vəzifələrə niyə və necə gətirilir?
- Əgər idarəçilik qabiliyyəti əsas meyardırsa, niyə bu qədər təcrübəli pedaqoqlar kənarda qalır?
- Hərbi və tibbi sahədə çalışmış şəxsin birbaşa təhsil sahəsinə təyinatı hansı meyara əsaslanır?

Cəmiyyət və təhsil ictimaiyyəti bu suallara aydın cavab istəyir. Əks halda, belə təyinatlar təhsil sahəsində islahatlara inamı sarsıda bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam