Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib

 

ABŞ Tayvana silah satışı məsələsinin bütün təhlükəsini anlamalı və Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalıdır.

Yenixeber.org-un məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan mətbuat konfransı zamanı bildirib.

19-21 oktyabr tarixlərində Merilend ştatında Tayvan və ABŞ nümayəndələrinin üç günlük illik konfransı keçirilib, burada birgə silah inkişafı və istehsalı, müdafiə texnikasının çatdırılmasının sürətləndirilməsi məsələləri müzakirə edilib.

"ABŞ Tayvana silah satışı məsələsinin yüksək həssaslığını və ciddi təhlükəsini dərk etməli, Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalı və "Tayvanın müstəqilliyi"ni dəstəkləməməlidir", - deyə Ç. Syaoqan bildirib.

Müdafiə Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, adanın Demokratik Tərəqqi Partiyası administrasiyası yalnız özü ilə maraqlanır və ABŞ-yə qarşı sonsuz yaltaqlığı ilə Tayvana xəyanət edir.

"Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün qorunması üçün "Tayvanın müstəqilliyi" üçün hər hansı qəsdi və xarici müdaxiləni qətiyyətlə yatıracaq", - deyə Ç. Syaoqan yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam