Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ÖZÜMÜZƏ BAXMAYAN GÖZLƏR...


 

Hüseyn Cavid ədəbi məclisi 01.02 2015-ci ildə növbəti tədbirini təşkil etdi.

"Xeberinfo.com":  Haqqında söz demək istədiyim məclis  Azərbaycanda orta nəsil arasında tanınmış şair Musa Yaqubun həyat və yaradıcılığına həsr edilmişdi. Həmin  məclisə mən də dəvətli olduğumdan Musa Yaqubun yaradıılıq gecəsinin  iştirakçısı oldum. Qərara aldım ki, bu tədbirdə müşahidəçi qismində iştirak edim. Çünki ilk Hüseyn Cavid ədəbi məclisinin tədbirində unudulmayan çox hadisələr diqqətimdən yayınmamışdı. Cavid məclisi ilk toplantısını  26 oktyabr Hüseyn Cavidin anım gününə həsr etdiyindən bir Cavidsevər kimi həmin məclisdə iştirakçı idim. İlk öncə məclisin ilk toplantısı olduğundan, həm də  Cavidin adına hörmətdən dolayı,  qarşılaşdığım  Cavidin adına olan biganəliyə öz fikrimi bildirməmiş və susmuşdum. Hansı ki, məclisin iştirakçısı olduğum halda diqqət çəkən məsələlərə göz yummalı deyildim. Niyə? Məclis Cavid yaradıcılığının  ilk tədbiri kimi  Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilmişdir. Bu düşüncəylə zənn edirdim ki,toplantıda  əyləşməyə yer tapmayacam. Lakin fikrimdə yanılmışdım. Mən heç təsəvvür belə etmirdim ki, hüsni-xuda şairi Hüseyn Cavidə belə biganəlik olsun. Hansıki mərhum prezidentimiz Heydər Əliyev Hüseyn Cavidin yaradıcılığına sönsuz sevgidən dolayı onun nəşini qızı Turan Cavidin istək və arzusu ilə Sibirin çöllərindən Azərbaycana, doğulduğu Naxçıvan şəhərinə gətirərək dəfn etdirmişdir. Zamanında Cavid yaradıcılığına dəyər verən Heydər Əliyevin isti münasibəti qarşısında bu insanların soyuqluğu məni də üşütdü. Üşütdü ona görə ki,  Azərbaycanda Cavidşunasların sayı yetərincədir. Maraqlı məqam budur ki, 84-cü ildən sonra Cavid xofu insanların üzərindən götürüldükdən sonra onun yaradıcılığından bəhrələnərək  “Alim” adını alıb, fəlsəfə doktoru olanlar oldu. Özümə sual edirəm bəs Cavidin anım günündə belələri harda idi? Niyə təşkilatçılar təlaş keçirməlidi ki, görəsən tədbir baş tutacaq? Yerlər boş qalmayacaq ki? Hörmətli oxucular, məni qınamayın ikinci tədbir olmasına  baxmayaraq təşkilatçıları yenə bir qayda olaraq təlaş içində gördüm. Çünki Cavid ədəbi məclisinin bu gün də qonaqları vardı. Təşkilatçılardan məclisin sədri Kəmaləddin Qədim və Əkbər Xudulu olduqca nigarandır. Əkbər müəllim hey telefonla danışırdı. Qonaqları  hara toplaşmaq lazım olduğu yeri başa salırdı. Hətta kənardan hiss edirdim ki, Əkbər müəllim düşünür ki, görəsən gəlib tapacaqlar, görəsən zal dolacaq,  gələnlər razı qalacaq?  Axı bu biganəliyi, bu laqeydliyi bu insanlar kimə edirlər? Niyə unuduruq ki, yaradıcı insanlar xalq üçün yaşayıb can qoyanlardır. Bütün nigarançılıqlara baxmayaq belə xeyrxah işi təşkil edənlərin məqsədi söz ustadlarını bizlərə tanıtmaqdır. Deyərdim ki, təqdirəlayiq və xeyrxah bir iş. Amma nəzərinizə çatdırım ki, Cavid ədəbi məclisinin planları çox genişdir. Təşkilatçıların aktivliyindən məlum olur ki, ayrI-ayrı rayonlarda Cavid poyeziya günlərini keçirsinlər. Bir az utanc yerimiz olsa da bu nəhəng söz ustadını yetərincə tanımayanlar da var. Cavid elə bir dühadır ki, onu həm yaradıcı baxımdan, həm də şəxsi baxımdan nəinki Azərbaycanda, hətta bütün Türk dünyasında təbliğ etmək lazımdır. Baxmayaraq yaranan qurum gözəl təşəbbüslə çıxış etsə də maliyə dəstəyi yoxdur. Nəinki maliyə dəstəyi hətta müəyyən tədbirlərin hazırlanması üçün bir yerə yığılmaq lazım gəldikdə  çayxana , kafe gəzirlər. Niyə? Bəs dövlətin hesabına maliyələşən Azərbzycan Yazıçılar Birliyi-nın gözü hara baxır? Niyə Azərbaycanin Şekspri adlandırılan Cavid adına hörmət olaraq təşkilatçılar üçün daimi məkan təşkil edilmir? Hər yerindən duran bir-iki kitab yazıb YB-nın üzvü olmağa tələsir. Yəni üzvlərinin  sayı 1500-dən çox olan YB-nin tərkibində  Cavid adına hörmət olaraq bu qruma qucaq açan yoxdur kiii.....? YB əslində çox şeylərə göz yumur. Bu gün bizim yazarlarımızn sosial vəziyyətinə diqqət edən varmı? Bəzən yazarlar öz qələmini kənara qoyaraq  piştaxta arxasında ailəsini dolandırmaq üçün ticarətlə məşğul olur. Bəyənmədiyimiz Sovet dövründə  qələm əhli sözünə, kitabına  verilən qonararla dolanırdı. İşim nəşriyyatda olduğundan  bəzən yazılarını redaksiyaya təqdim edən qələm sahiblərini görürəm və ürəyim ağrıyır. Sanki bu insanların gözündə bütünlüklə həyat sönüb.Hərdən özümə sual edirəm. Doğrudanmı həqiqətin gözü bu qədər kördur???

 Deyəsən mətləbdən çox uzaqlaşdım. Amma yox bu fikirləri sizinlə bölüşməli idim. Məni acıdan  ədəbi mühitdə xarici maşınlarda gəzən  yazarların, jurnalistlərin olmasıdır. Sadaladıqlarım da qınanılası hal deyil. Çünki hammısı ailə sahibidir.İstedadlı qələm sahiblərinin bəziləri öz məsləkindən uzaqlaşaraq qazanc arxasınca qaçırlar. Axı düşünən olsa bu olanlar özü tədricən ədəbi mühitin laxlamasına təkandır. Əgər ədəbi mühitin bu gün bel sütunu çürüyürsə, niyə bəzilərinə təsir edir, bəzilərinə yox? Əslində sözünün işığına yığışdığımız Musa Yaqub da “inomarka” sürən şairlərdən ola bilərdi. Lakin Musa Yaqub özünü xalqın arasında görmək üçün əlində olan bütün fürsətlərdən imtina edib. Bu gün də şair onu sevənlərlə baş-başadır.

 Təşkilatçılar çox əziyyət çəksələr də, tədbir baş tutdu. Görəsən, mən düşündüyümü kimsə  düşünüb? BƏLKƏ DƏ...Musa Yaqubu sevənlər tədbirin keçiriləcəyi yeri çətinliklə  tapsalar da əsas bu idi ki, gələn qonaqlara evsahibliyi edən şair, millət vəkili Sabir Rüstəmxanlı idi. Hətta eşidəndə sevindim də. Birmənalı şəkildə deyim ki, mən belə gözləmirdim. Mən və mənim kimi çoxları  elə düşünürdü ki, Sabir Rüstəmxanlı öz qələm dostunun görüşünə gələcək. Çox təəssüf, bəlkə də çoxlarının gözü qapıda qaldı ki, indi  Sabir müəllim vaxt məhdudiyətindən  özü gəlməsə də bir buket, təbrik dolu bir məktubla ürək sözlərini çatdıraçaq qələm dostuna. Belə baxsaq Sabir müəllim, əslində sizi alqışılamağa dəyərdi, lakin sizin qələm dostunuza  qarşı  laqeydliyiniz  daha böyük  alqışa layiqdir !             

                                                                                             

TƏRANƏ ŞƏMS

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam