ASA-nın magistrantları Koventri Universitetində - FOTOLAR
Azərbaycan İdman Akademiyasının (ASA) Koventri Universiteti ilə birgə həyata keçirdiyi “İdman menecmenti” (ingilis dili) magistr ixtisaslaşması üzrə ikili diplom proqramının 2024/2025-ci tədris ili məzunları Böyük Britaniyanın Koventri Universitetində keçirilən rəsmi məzuniyyət mərasimində diplomlarını təntənəli şəkildə alıblar.

Yenixeber.org: Mərasimdə ASA-nın rektoru Fuad Hacıyev və Tədris işləri üzrə prorektor Ülkər Babayeva fəxri qonaq qismində iştirak edərək məzunları təbrik edib və proqramın iki ölkə arasında təhsil əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıblar

Tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin nümayəndəsi Kamal Binyətli də iştirak edib.

Qeyd edək ki, bu ilki məzunlarla birlikdə ASA-nın “İdman menecmenti” (ingilis dili) magistr ixtisaslaşması üzrə Koventri Universiteti ilə həyata keçirilən ikili diplom proqramının ümumi məzun sayı 10-a çatıb.

ASA-nın magistrantları Koventri Universitetində - FOTOLAR