Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

QİYA PAÇXATAŞVİLİ NİYƏ SUSUR GÖRƏSƏN...?!


 

 

"xeberinfo.com":Haqqında söz açmaq istədiyim insan öz görkəmi, özünə məxsus təvəzökarlığı ilə seçilən və hamının “Ağ adam” kimi tanıdığı yazar-publisist, sözü daşdan keçən jurnalist, tərcürməçi,  təbli şair,  insanlığı ilə yaddaşlarda qalan gürcü qardaşımız Qiya Paçxataşvilidir.Onun insanlığından sadəliyindən hər kəs söz edə bilər, ələxsus  ədəbi mühitə yeni qədəmlərini basıb öz sözlərini demək istəyən qələm sahibləri.Əlbəttə, bu xöşbəxtlik mənə də nəsib olub.Qiya müəllimlə təsadüf nəticəsində redaksiyaların birində tanış olduq. Onunla söhbət etdiyim zaman ədəbi mühitə yeni ayaq açanlardan olduğumu anladı.Beləliklə Qiya müəllim mütəmadi olaraq mətbuatda olan çıxışlarımı izləyir və nə vaxt çətinə düşsəm mənə mənəvi dayaq olur.Mənə yaradıcılığımda dəstək olan bir çoxlarının adlarını çəkə bilərəm.Çox insanlar yoluma işıq salıblar.Bu yolda imzamın tanınmasına sevinənlərdən biri də jurnalistikanın sirlərinini mənimsəməyə kömək edən və bu yolda özümə müəllim bildiyim Qiymət Məhərrəmli ilə bərabər Qiya müəllimdir.Beləki mənim imzam tanındıqca Qiymət xanımın redaktoru olduğu”Elimiz Günümüz” qəzetində bəzən Qiya müəllimlə eyni səhifəni bölüşdüyümüzdən o xeyixah yazar kimi, mənim uğuruma sevinərək qürur hissi keçirirdi.Hər halda onun gözəl xüsusiyyətləri barədə görüb bilənlər çoxdur, elə buna görə də onu hamı sevir. Məqsədim Qiyanı sizlərə tanıtmaq deyil, (məncə heç ehtiyac da yoxdur), çünki Azərbaycan mətbuatında, öz siması ilə seçilməklə yanaşı, məxsusi qələmi ilə söz deyən yazarlardan biridir. Demək olar ki,uzun illərdir Qiya Azərbaycanın ədəbi mühitində kəsərli qələmi ilə külüng vuranlardandır. Onun yaradıcılığının ən ümdə xüsusiyyətlərindən biri gözəl bölgələrimizdən sayılan Qax rayonunda yaşayaraq gürcü olmasına baxmayaraq, Azərbaycanı fanatikcəsinə sevməsi ilə bərabər Azərbaycan dilini bəzilərindən yaxşı bilməsi və bizim məmləkəti öz doğma Gürcüstanı kimi sevməsidir. Bəzən Qiyadan soruşanda kı, sizə Azərbaycan mətbuatında  xidmətlərinizə görə dəyər verirlərmi? Cavabında Qiya nədənsə həmişə susur və gözləri yol çəkir.( Hətta deyim ki, Qiyanın gözlərinin də  görmə qabliyyəti zəifdir.Elə bu səbəbdən gözdən əlilliyə görə təqaüdçüdür) Lakin buna baxmayaraq onun susqunluğu bizlərə çox söz deyir. Amma yadımızdan çıxarmayaq ki, Qiya Azərbaycan mətbuatının qocaman jurnalistlərindən sayılır və bu sahədə onun xidmətləri çox böyükdür.Bunu dəyərləndirməmək ən azı günah sayılar. Lakin təəssüflər olsun ki, bəzi sözü kəsərli jurnalistlər kimi Qiya da dövlətin  Azərbaycan mətbuatı üçün ayırdığı  bəzi  imtiyazlardan məhrumdur. Kecən il jurnalistlərin peşə bayramında bir çox jurnalistlərə  Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə inşa edilmiş yeni mənzillərin açarları təqdim olunan zaman Qiya bu təqdimatdan kənarda qaldı və “Gözdən Əlillər” cəmiyyəti onu dırnaqarası evə bənzər daxma ilə müvəqqəti olaraq təmin etdi.  Halbuki Qiya uzun illərdir Azərbaycan mətbuatında can qoymuşdur. Lakin dəyərli xidmətlərinə baxmayaraq onun özünə layiq mənzili olmayıb. Baxmayaraq ki,Qiya müəllim mətbuatdakı xidmətləri göz qabağında idi, Jurnalistlər Birliyinin üzvü olduğu üçün mənzili olmadığıdan başqa jurnalistlər kimi o da Mətbuat Şurasının sədri Əflatun Amaşova   müraciət etmişdir. Ən maraqlısı da budur ki, bəs niyə onun Azərbaycan mətbuatındakı əziyyətləri lazımı qaydada  dəyərləndirilmədi? Bu sual ətrafında Qiyadan söz düşəndə dostlar arasında gəldiyimiz qənaət budur ki, Qiyanın kəsərli, dürüst qələmi bu gün məddahlaşan ədəbi mühitdə çoxlarının dəyirman daşını  tərsinə fırladır. Biz dostlar (özü etiraf etməsə də) bilirik ki,  onun maddi yaşam tərzi, həm də mənzil şəraiti çox acınacaqlı vəziyyətdədir. Özü demişkən “ Mən  bəzən dolub daşanda əlimə qələm götürüb nəyisə yazmağa bir  guşə tapa bilmirəm” Hərdən onu məcbur edəndə özü də  etiraf edir ki, “Mən elə şəraitdə ömür-gün sürürəm ki, sanki, hansısa  günahım ucbatından məhbus həyatı yaşayıram. Mənim məhbusluğum bir yana, mənə ömrümboyu sadiq olub xidmət edən şəxsi kitabxanam da, kisələr içində toz bağlayaraq, mənimlə bərabər məhkum həyatı yaşayır.  Özüm xəstə olduğum halda, Azərbaycanda  mənim üçün ayrılan ”daxma”in bütün divarları nəm çəkməklə yanaşı, pəncərəsi də pəncərə deyil, əgər bu daxmaya ev demək mümkünsə... gördüklərim nə varsa  üstümə gəlir.Bir sözlə ev(?!) deyilən məkanda yaşayış üçün heç bir şərait yoxdur. Vallah xaricdə ən ağır cinayət işləmiş,  məhbusun  da şəraiti mənim şəraitimdən daha yaxşıdır. Axı belə götürəndə niyə istedadlı doğulduğumuz üçün özümüzü “Bədbəxt”sayaq?” Gəlin görək bu məntiqə hansı kitabda cavab tapa  bilərik? Əslində bu suallara Azərbaycan mətbuatında daha dəqiq və mükəmməl cavab tapmaq mümkündür.

Bəzən düşünürsən görəsən niyə başqa dövlətlərdə yazarlara lazımı diqqət yetirilir, lakin Azərbaycanda onlar rəzil vəziyyətdə yaşayır? Əsrimiz internet əsri olduğundan, hamı sosial şəbəkələrdən istifadə edir və o cümlədən mən də. Bir dəfə Türkiyəli dostların birindən sual dolu bir mesaj aldım. Məndən soruşurdu: “sizdə yazarlar necə yaşayır?” Etiraf edim ki, mən də  Azərbaycanda olan vəziyyəti oluğu kimi şərh etməyə çalışdım.Ona çatdırdım ki, bizim  cəmiyyətdə yazar ən bədbəxt insan sayılır. Soruşanda niyə? Dedim, çünki yazardır. Amma o bir fikri müqayisəli şəkildə etiraf etdi ki, əgər bizim məmləkətdə yazarın bir neçə kitabı nəşr olunursa, xöşbəxt insan sayılır. Ona gorə ki, həmin xoşbəxt qələm sahibi dövlətin himayəsinə keçərək bütün imtiyazlarla təmin olunur. Gəlin bir az düşünək. Bizim başqa dövlətlərdən nəyimiz əskikdi ki, nədən bizim qələm sahibləri başqa dövlətlərin yazarları ilə müqayisədə özlərini bədbəxt saysın. NİYƏ...? Bu, əlbəttə qələm sahibinə diqqətsizlikdən, qayğısızlıqdan, ən ümdəsi qələmə hörmətsizlikdən irəli gəlir. Bəzən deyirik ki, nə yaxşı mətbuat, söz azad və demokratikdir.Yəni sovet rejimini bəyənmirik. O dövrlə  bugünkü mühiti müqayisə etsək necə də fərqli olduğunu görürük. Sovet rejimində sözə, qələmə daha çox dəyər verilirdi. Bütün qələm sahibləri dövlətdən qonararını alaraq öz həyat tərzini qismən də olsa yaxşılaşdıra bilirdi. Belə ki, Sovet rejimində yazarlar millət, xalq üçün yazıb-yaratdıqlarının bəhrəsini görürdülər. Lakin Demokratik dediyimiz   dövlətdə əksərən hər yerdən əli üzülən yazar dukan-bazarda bir qarın çörək üçün piştaxta arxasında ticarətlə məşğul olur. Buna sizcə hansı adı vermək olar? Bu məsələyə diqqət yetirərək yazarların haqq səsinə kim səs verəcək? Maraqlısı da budur ki,müasir ədəbi mühitdə hətta bəzi redaksiyaların qapısını da döydükdə söz alverinin də  şahidi olmaq mümkündü. Beləki, bəzi üzdən iraq redaksiyaların qəzet redaktorları təqdim etdiyin  yazıları qəzetdə çap etmək üçün qiymət də sövdələşir. Nə yazıq ki, soz alverçisi  olan redaktor üçün maraqlı da deyil yazdığın məqalə nədən bəhs edir. Bəli, bizim yazarlar söz və qələmlərinin kəsərsiz olduğunu öz içlərinə ataraq, özlərini Avropa  dövlətlərində dik gəzərək  başqa cür təqdim edirlər.Məncə bəzən bədbəxt sayılan yazarlar heçnə edə bilmədikləri üçün özlərini qınayaraq, sanki özlərini gözükölgəli hesab edirlər,  “Bu nə bəladır biz düşmüşük” deyirlər. Yəni, Qiya Paçxataşvili də belə yaşam tərzi sürür, biz dostlar olaraq Qiyanın mənzil şəraitini nəzərə alaraq çox istərdik ki, bu il jurnalistlərin peşə bayramında dövlətin jurnalistlər üçün inşa olunmuş binada bizim gürcü qardaşımız  Qiya müəllimi də mənzillə təmin etsin. Çünki o buna layiqdir, hətta mənəvi haqqı var. Onun bütün qələm dostları bu günü səbrsizliklə gözləyir.       

 

 

TƏRANƏ ŞƏMS.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam