İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi — ŞOK FAKTLAR

İcra başçısı düyü işinə baxırmış - YENİ DETALLAR
Yenixeber.org: Ötən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik.Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb.Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir.Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki,Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır.Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazılır.
Qeyd olunan reportaj yayımlandıqdan sonra sayta icra başçısının neqativ əməlləri ilə bağlı bir çox informasiyalar daxil oldu.Məsələni araşdırmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı Ucar rayonunda olub.
Yerli sakinlərin bildirdiyinə görə,rayonun ərazisində olan bir çox əkinə yararlı torpaq sahələri icra başçısı Mənsur Məmmədov və onun adamları tərəfindən zəbt edilib.Əldə etdiyimiz məlumata görə,başçı camışçılıqdan savayı bu,torpaqlarda çəltikçiliklə də məşğul olur.
Rayonun bir çox kəndlərində icra başçısına məxsus çəltik sahələri mövcuddur.
Başçı niyə çəltik əkir?
Yerli mənbənin saytımıza verdiyi məlumata görə,çəltik sahəsinə dövlət tərəfindən daha çox subsidiya ayrıldığı üçün başçı da məhz bu məşğuliyyəti seçib.Rayon sakinlərinin torpaq qıtlığı çəkdiyi bir zamanda geniş sahələr başçının ixtiyarına verilib.İş təkcə bununla bitmir.

İcra başçısı hazırda biçdirdiyi çəltikləri özünün tikib-qurduğu mini zavodda emal edir və satışa çıxarır.
Əməkdaşımız sözügedən zavodda olub.Əraziyə kənar şəxslərin girişi qadağan edilib.Bura ancaq işçilər daxil ola bilər.Nəzərimizi zavodun ərazisində olan texnikalar,traktorlar çəkdi.Bunlar ki,dövlətə məxsus texnikalardır. Onlar başçının zavodunda nə iş görür?

Mənbəmiz bu suala da cavab verib.Məlumata görə,icra başçısı kənd təsərrüfatı işlərini rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin (Red-bundan sonra DAİM) vəzifəli şəxsi Səfərov Rəhman Sadıq oğlu ilə birlikdə görürmüş. Məhz,dövlətin balansında olan həmin texnikalar da bu məqsədlə başçının sərəncamına verilib.Bu,isə ciddi qanun pozuntusudur.Bu haqda daha ətraflı məlumat təqdim edəcəyik.

Başçının kənd təsərrüfatı biznesi bununla da məhdudlaşmır.O,camışları və qoyun sürülərini yemləmək üçün hektarlarla ərazini zəbt edərək,orada yonca,taxıl və bu kimi bitkilər də becərir.Əməkdaşımız həmin ərazilərdə də olub və sözügedən sahələri görüntüyə alıb.
Adının çəkilməsini istəməyən Müsüslü kənd sakini saytımızın əməkdaşı ilə söhbətində bildirib ki,camış ferması yaranan gündən sözün hər mənasında kəndlilərin evi yıxılıb.

“Ay dədə,başçı ferma açan gündən mal-qaramız ac qaldı.Bax,bütün bu torpaqlar onundur.Fermanın arxasında balıq gölü də yaratmışdı.Onun da arxasında Ziya Məmmədovun avtoparkı var.Hamısını zəbt ediblər.Kənd sakinləri ora girə bilmir”,-deyə yerli sakin bildirib.
Əməkdaşımız başçının bir vaxtlar nəzarətində olan süni yaradılmış balıq gölündə də olub.Hazırda balıq gölü nəzarətsiz qalıb.Deyilənə görə,başçı burada xeyli ziyana da düşüb.Balıq əvəzinə,göldə qurbağalar quruldayır...

Qeyd olunanlarla bağlı Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova,onun bu kimi işlərini icra edən şəxs olduğu deyilən birinci müavin Əliş Cəbrayılova telefon zəngi etsək də,zənglərimizə cavab verilmədi.
Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq..
Hazırladı:Azər, (Oxu24.com)










AZ
RU