Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“Məzun Evi” ilə bağlı QALMAQALLI FAKTLAR - Polisin təsdiqlədiyi faktları Sosial Xidmətlər Agentliyi necə təkzib edir? /ŞİKAYƏT

“Məzun Evi” ilə bağlı QALMAQALLI FAKTLAR - Polisin təsdiqlədiyi faktları Sosial Xidmətlər Agentliyi necə təkzib edir? / ŞİKAYƏT

Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cu bina, 1-ci blok, mənzil 11 ünvanında yaşayan Ramiz İbrahimzadə tərəfindən redaksiyamıza şikayət məktubu göndərilib. 

Yenixeber.org: Məktubu olduğu kimi dərc edirik:

Bildirim ki, Zema adlı xanım qonşuluqdakı binadan Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi 1-ci bina, 1-ci blok, 7-ci mərtəbə, mənzil 50 - valideyn himayəsindən məhrum olanlar üçün nəzərdə tululan ünvandan mənzil alıb. Halbuki, xanımın heç bir statusu yoxdur.

O, özünün “Tik-Tok” sosial şəbəkəsindəki profilində sevincək mənzilinin şəraitini paylaşıb. Bunu tək onun qonşuları yox, bir çox adam görüb.

Bildirmək istəyirəm ki, yaşadığı ev bu qadına saxtakarlıqla verilib. Bu, DSMF-nin Sosial Təminat Şöbəsinin keçmiş müdiri, indiki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun ev almaq hüququ olmayan şəxslərə qeyri-qanuni mənzil verməsi deməkdir.

Bununla bağlı bir çox qurumlara rəsmi müraciətlər olunub. Həmin şikayətlər əsasında indiyədək bir çox media və mətbuat orqanlarında məqalələr dərc olunub.

Sözügedən mənzillər “Valideynlərini itirmiş və valideyn hüququndan məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əsasən, Nazirlər Kabinetinin qərarı ilə hər iki valideynini itirmiş (valideynləri vəfat etmiş) və valideyn hüququndan məhrum olmuş uşaqlar üçün nəzərdə tutulub.

Onu da bildiririm ki, biziç saxtakarlıq hesab etdiyimiz faktların bir çoxu hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq təsdiqini tapsa da, mənzillər qeyri-qanuni sahiblərinin əlindən geri alınmayıb. Məsələn, Abşeron Rayon Polis İdarəsindən mənə göndərilən 01.07.2025-ci il tarixli məktubda bildirilir ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı Novruzov Rəşad Əhliman oğlu, Novruzov Elşad Əhliman oğlu və İsayev Səid Zahid oğlu (Rəşad və Elşad Novruzov qardaşlarının dayısı oğlu – red.) valideyn himayəsindən məhrum olmayan şəxslərdir və onlar ƏƏSMN-nin nəzdində olan dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün yaradılmış “Məzun Evi” sosial müəssisəsinin balansında olan binada mənzillə təmin olunmuş və həmin şəxslər təmin olunduqları mənzillərdə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

Sosial Xidmətlər Agentliyindən isə eyni məsələlər üzrə etdiyimiz müraciətlərə verdiyi cavablarda faktların öz təsdiqini tapmadığı qeyd olunur.

Şikayətçi həmçinin bildirir ki, mənzilinin isti su təchizatı yoxdur: Bundan ötrü müraciət etdiyimiz müəssisə rəhbəri isə istilik təchizatı sıradan çıxdığı üç binaya nazirlikdən pul ayırılmasını gözlədiklərini deyir. Halbuki, mənzillərə yiyələnmiş imkanlı şəxslər, pulları hesabına mənzillərin konstruksiyasında qanunsuz dəyişikliklər edərək, özlərinə hər cür komfortlu şərait yaradıblar.

2024-cü ilin 14 dekabr tarixində yaşadığım 2-ci bina, 1-ci blok, 7-ci mərtəbədə mənzillə təmin edilən Səfərova Gülçöhrə Qaçay qızı ona verilən dövlət binasında yerləşən mənzildə qanunsuz söküntü işləri görməyə başlayıb. Hətta əraziyə külli miqdarda tikinti materialları da tökmüşdü. Binanın ümumi blokuna isə təxminən 1 kuba yaxın atsept tökmüşdü. Bununla bağlı əlimdə video-görüntü də var. Üstəlik, Gülçöhrə xanım müəssisədəki 1-ci binanın 1-ci mərtəbəsində mebel mağazası işlədir. Bu mağazanı işlətməsinin qanuni olub-olmadığı da araşdırılmalıdır...

Müəssisənin 3-cü binasının 1-ci blokunun 2-ci mərtəbəsində yaşayan Mahirə xanım da cari ilin mart ayının bayram günlərində evində qanunsuz söküntü işləri görmüşdür. Mart ayının əvvəllərində 2-ci binanın 2-ci blokunun 12-ci mərtəbəsində 111 və 112 nömrəli yanaşı mənzillərin arasındakı divar sökülərək qanunsuz olaraq bir mənzilə çevrilmişdir.

07.10.2024-cü il tarixdə “Məzun Evi” sosial müəssisəsinə müdir təyin olunan Aygün Əzimova eyni zamanda həmin müəssisədə 2021-ci ildən psixoloq kimi ikinci vəzifə daşıyır ki, bu da həmin müəssisədə vakant vəzifələr dairəsini məhdudlaşdırır.

Eyni xətt ilə 2-ci bina, 2-ci korpus, 4-cü mərtəbədə mənzillə təmin olunan Kamran İsmayılov adlı şəxs dələduzluq əməli ilə həbsə düşəndən sonra həmin mənzildə yaşamadığı müddətdə yanğın baş vermiş, hadisə ilə əlaqədar onun qohumları – qardaşı və anası (?) üzə çıxmışlar.

Bundan başqa, 2-ci binanın arxa hissəsində xalçaçılıq təlimi üçün ayrılan sahə də ikiyə bölünərək binada yaşayan Gündüz adlı şəxsin həyat yoldaşı Gülnarə İsmayılovaya xırdavat mağazası işlətməsi üçün verilmişdir.

“Məzun Evi” sosial müəssisəsinin balansında olan binaların həyətində və mənzillərdə qanunsuz söküntü-tikinti işləri aparılmasına dair daha xeyli misallar deyə bilərəm. Bu da həmin neqativ hallara müəssisə rəhbərliyinin bilərəkdən göz yumduğuna dəlalət edir.

Hazırladı: Jalə FAMİLQIZI,  “Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurunmların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam