Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad –VİDEO

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yolqırağı ərazilər qanunsuz olaraq zəbt edilib.
Yenixeber.rog: Bununla bağlı təqdim etdiyimiz görüntülərdən də aydın olur ki, ərazi əvvəlcə hasara alınır, sonra isə tikinti işlərinə başlanır. Ərazidə qanunsuz tikinti işləri həm də ağacların məhv edilməsi ilə müşahidə olunur.sakinlər iddia edirlər ki, tikinti prosesinə nəzarət edən qurumlar məsələni görməzdən gəlirlər. Onların sözlərinə görə, Suraxanı Rayon İcra Hakimiyyəti və aidiyyəti dövlət orqanları baş verənlərə reaksiya vermir. Maraqlıdır, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu barədə məlumatlıdırmı? Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu tikintiyə hansı mövqedən yanaşır?
Redaksiyamıza daxil olan məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir. Sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib. Ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək. Bu arada Suraxanı rayonunda yolların vəziyyəti ilə bağlı da sakinlərin şikayəti var:(siyaset.info)










AZ
RU