Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirliyin vəzifəli şəxsi Eduard Hacıyevin 151 min manat pul qalmaqalı araşdırılacaq?

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib.
Yenixeber.org: Əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsində baxılıb.
X.Hacıyeva ərizəsində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir.
Hazırda boşanma ərəfəsində olan qadının iddiasına görə, Eduard Hacıyev aldığı avtomobil və daşınmaz əmlakları qohumlarının adına sənədləşdirir. Onun sözlərinə görə, ərinin maaşı təqribən 2 min manat olsa da, qeyd edilən əmlakları əldə etməsi mümkün deyil və həmin qanunsuz pullar onların ailəsinin dağılmasına səbəb olub.
X.Hacıyeva ərizəsində onu da bildirib ki, ümumilikdə 47 650 manat dəyərində cehiz kimi gətirdiyi şəxsi əmlak və birgə nikah dövründə alınan əşyalar cavabdehdən alınaraq ona verilməlidir.
Məhkəmənin hökmünə əsasən, iddia qismən təmin edilib. Qərara əsasən, cavabdeh həyat yoldaşına dəyəri təxminən 7 min manat olan qızılları qaytarmalı, o cümlədən 1 047 manat ödəməlidir.
Qeyd edək ki, Eduard Hacıyev daha öncə Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmələrdə dindirilib.
Eduard Hacıyev 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi hərbi hissədə işlədiyi dönəmdə 151 min manat pul mənimsədiyini, onu da geri qaytardığını etiraf etmişdi.(Teleqraf)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam