Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... -BUNU İZAH EDƏN OLACAQMI?

SOCAR-a prezident təyin edilən Rövşən Nəcəf kimdir? - DOSYE | FED.az

Xəbər verildiyi kimi, SOCAR prezidenti Rövşən Nəcəfin 7 noyabr 2025-ci il tarixli əmri ilə şirkət əməkdaşlarının maaşlarının 2026-cı ildən etibarən 30% artırılması barədə məlumat mətbuatda yayılıb.

Yenixeber.org: Sosial şəbəkələrdə sənədin fotosu paylaşıldıqdan sonra diqqət çəkən bir detal geniş müzakirələrə səbəb olub.

Belə ki, əmrdə imza tarixi 2025-ci il göstərilsə də, sənədin nömrələnmə hissəsində 2023 rəqəminin yer alması istifadəçilər tərəfindən ziddiyyət kimi qiymətləndirilib.

Bu uyğunsuzluq SOCAR-ın sənədləşmə prosedurları ilə bağlı suallar doğurub və müxtəlif ehtimalların irəli sürülməsinə gətirib çıxarıb. Hazırda şirkət tərəfindən sənəddəki tarix fərqi ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, yayılan sənədin üzərində № 14-2-2-13/3-1M-5 /2023 nömrəsi əks olunub. Məhz sənəd nömrəsinin sonunda “2023” rəqəminin yazılması, tarixin isə “7 noyabr 2025” göstərilməsi sosial şəbəkələrdə tarix uyğunsuzluğu kimi qiymətləndirilib və müzakirələri daha da gücləndirib.

Bu məsələyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əslində SOCAR şefi Rövşən Nəcəfin adı ilə, imzası ilə edilən bu saxtakarlığı bir cümlə ilə şərh edib: "Səhv “yağ küpəsində idi..."

Hər halda, kifayət qədər müddət keçməsinə rəğmən hələ də SOCAR-dan hansısa formada izahat verilməyib.(Dia-az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam