Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Daha bir amansız qətlin izi ilə...-Birinci vitse-prezidentə MÜRACİƏT!

 Anlaqsızlıq rəyi almaq üçün böyük məbləğdə pul veriblər...

Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi 4A, mənzil 41ünvanda yaşayan Muradova Rəna Oleqovna Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanladığı müraciətin bir surətini də Yenixeber.org-a göndərib və xahiş edir ki, ictimailəşsin…


Müəllif müraciətdə bacısı Muradova İradə Oleqovnanın qəsdən, həm də amansızlıqla qətlə yetirilməsindən və cinayət işinin qeyri-obyektiv aparılmasından bəhs edir. Hətta bu səbəbdən bir sıra yüksək instansiyalara da müraciət etdiklərini bildirir.

Biz məlum səsəbdən-istintaq araşdırması aparıldığından-müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:  

Hörmətli Mehriban xanım!

Mən, Muradova Rəna Oleqovna, cinayət işi №….. üzrə zərərçəkmiş şəxs Muradova İradə Oleqovnanın qanuni nümayəndəsiyəm.
 Bacım Muradova İradə Oleqovna 2025-ci il avqustun 23-də Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir.

XÜSUSİ QEYD: Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən İtalyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana malik olan şəxsdir. Bacım “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışırdı. 

Bu səbəbdən Emil Ağacanov barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bacımın öldürülməsi ilə bağlı istintaqın obyektiv aparılmasına kifayət qədər əsaslı şübhələrim vardır. İstintaq qərəzli və səthi aparılır. Bacımı qətlə yetirən şəxsin əməlinə, o cümlədən hadisə yerinə gələn qatilin yaxın qohumlarının hərəkətinə düzgün hüquqi qiymət verilməyib. İstintaq tərəfindən verilmiş nəticələr hadisənin real şəraitinə uyğun gəlmir və etibarlı hesab oluna bilməz.

Bacım xüsusi amansızlıqla qətlə yetirilmişdir: təqsirləndirilən şəxs ona bədən xəsarətləri yetirmiş və sonda onu qışqırdığı üçün (Bu, təqsirləndirilənin öz etirafında qeyd olunmuşdur) boğaraq qəsdən həyatdan məhrum etmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunmuşdur.

Qanunvericiliyin tələblərinə əsasən istintaq hərtərəfli, tam və obyektiv aparılmalıdır. Lakin de0fakto istintaq formal şəkildə həyata keçirilir. İş üzrə təyin olunmuş ekspertiza rəyi hadisənin reallığını əks etdirmir.

                 İradə Muradova 

Biz yaxın qohumlarla birlikdə meyiti tanımaq üçün morqa gedəndə, bacımın bədənində çoxsaylı xəsarətlər aşkar etdik: baş nahiyəsində travma, burun sınığı, hər iki əlindəki bütün dırnaqlar qırılmışdı, bədənin müxtəlif hissələrində çoxsaylı hematomalar, sağ əl biləyi təbii vəziyyətdə deyildi (Öldürülən şəxs həyatını qorumaq üçün mübarizə aparmışdı). Bu qədər amansız döyülmədən sonra qatil bacımı boğaraq öldürmüşdür. Lakin sadalanan xəsarətlərin heç biri məhkəmə-tibbi ekspertiza aktında öz əksini tapmamışdır. Həmçinin bizə tanınma protokolu da təqdim edilməmişdir.

Biz Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri doktor Cavidlə şəxsən görüşmüşük, lakin o, bizə aydın cavab verməmişdir.

Mən dəfələrlə müxtəlif instansiyalara müraciət etmişəm: Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəis müavini baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamalliyə müraciət etmişəm.

Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə onu guya anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin müraciətlərimə lazımi reaksiya göstərilməmişdir.

           Emil Ağacanov

Cinayət hadisəsi zamanı təqsirləndirilən şəxs narkotik maddələrin təsiri altında olmuşdur – bu  tibb işçiləri tərəfindən qeyd edilmişdir. Həmçinin mərhum bacım təqsirləndirilənin yaxın qohumu (Bacısının həyat yoldaşı) Elnur Həbibova mesaj göndərərək Emil Ağacanovun narkotik maddə qəbul etdiyini bildirmişdir. Emil Ağacanov əvvəllər dəfələrlə narkoloji müalicə almış, professor-narkoloq Araz Əliquliyev tərəfindən müalicə olunurdu.

Hadisə günü səhər bacım təqsirləndirilənin mənzilindən çıxaraq həyətə liftlə düşmüş, yarım saat sonra yenidən mənzilə qayıtmış və az sonra çılpaq vəziyyətdə ölü tapılmışdır. İstintaq bu günə qədər İradə Muradovanın niyə çılpaq vəziyyətdə olduğunu müəyyən etməmişdir. Onu bu vəziyyətə salan nə olub? Onu zorlayıblarmı? Onun paltarını kim çıxarıb – özü, qətlə yetirən, yoxsa üçüncü bir şəxs? Paltar hansı vəziyyətdə olub? Öldürən özü də çılpaq vəziyyətdə olub. Niyə? Bu hallar cinayətin seksual xarakter daşıdığını göstərir. Lakin istintaq bunları araşdırmaq üçün heç bir tədbir görmür.

Elnur Həbibov

Hadisə yerinə ilk gələnlər Elnur Həbibov və onun dostu olmuşdur. Elnur Həbibov bizə bildirmişdir ki, mərhum guya vanna otağında yıxılaraq ölüb və paltarında, həmçinin hadisə yerində qan izləri olmayıb. Lakin mən Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri ilə görüşəndə o şəxsən dedi ki, mərhumun paltarında qan ləkələri olub (Bu barədə səs yazımız mövcuddur) və paltar islanmış vəziyyətdə olub (Bu faktı Yasamal rayon prokurorluğunun müstəntiqi …… bizim vəkilə bildirmişdir). Biz hesab edirik ki, Elnur Həbibov cinayətin bəzi detallarının və bəlkə də sübutların gizlədilməsində iştirak etmişdir. Bu hallar törədilmiş cinayətin kvalifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir, lakin istintaq bu məsələlərlə maraqlanmır.

Qeyd etmək istəyirəm ki, bu qədər böyük biznesi idarə edən, banklarla işləyən və şəxsi avtomobillərini idarə edən bir şəxs necə anlaqsız hesab oluna bilər? Əgər o, bu qədər aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, niyə özünə qarşı heç vaxt zərərli hərəkətlər etməyib, əksinə daim biznesini inkişaf etdirib?

Bununla belə, ekspert Emil Ağacanovun cinayət törətdiyi anda guya anlaqsız olduğu barədə rəy vermişdir. İndi isə həmin rəyi əsas götürərək onu məsuliyyətdən azad etməyə çalışırlar.

İstintaq Yasamal rayon prokurorluğunda aparılır. Bacımın qətlindən bir gün sonra, yəni 24.08.2025-ci ildə mən müstəntiqin kabinetində zərərçəkmiş şəxs kimi tanınmaq barədə ərizə yazmışam. Lakin bir həftə sonra vəkilimiz işlə tanış olmaq üçün Yasamal rayon prokurorluğuna gələndə ona bildirilmişdir ki, guya “Rəna Muradova” adlı zərərçəkmiş tanımırlar. Bu, rəsmi sənədin gizlədilməsi deməkdir.

Qeyd etmək istəyirəm ki, Yasamal rayon prokurorluğunun müstəntiqi …… dəfələrlə prokurorluğa gələrkən mənə və anam Sevinc Quliyevaya qarşı kobud davranmış, səsini qaldırmış və bizi alçaldan ifadələr işlətmişdir.

Niyə mənim zərərçəkmiş tərəfin nümayəndəsi kimi qanuni hüquqlarım pozulur?

Müstəntiq ……. bacımın qətlindən 6–7 saat sonra, mənim və yaxın qohumlarımın (Kərimova Sabina və Markina Svetlana) yanında şəxsən demişdir ki, təqsirləndirilənin qanında narkotik maddələr aşkarlanıb, lakin öldürülən şəxsin qanında heç bir narkotik maddələr aşkarlanmayıb. Lakin bir ay sonra bizə bildirdi ki, mərhumun qanında amfetamin tapılıb.

Bacım İradə Muradova heç vaxt narkotik maddə qəbul etməyib, spirtli içki içməyib və siqaret çəkməyib. Bunu bütün qohumlarımız, tanışlarımız və onunla daim təmasda olan iş yoldaşları təsdiqləyə bilər. Yasamal və Bakı şəhər prokurorlugu həmçinin nəzərə almır ki, şübhəli şəxs cinayəti törədərkən narkotik maddələrin təsiri altında olub.

Mərhumun şəxsi əşyaları – mobil telefonu, saatı və 200 ABŞ dolları hadisə yerindən itib.

Mən və anam Sevinc Quliyeva dəfələrlə yazılı şəkildə cinayət işinin daha təcrübəli müstəntiqə verilməsini xahiş etmişik. Həmçinin dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə müraciət edərək, cinayət işinin onların nəzarətinə götürülməsini tələb etmişik. Bakı şəhər prokurorluğunda qəbulda olmuşuq. Lakin iş hələ də Yasamal rayon prokurorluğunda qalır.

Qeyd etmək istəyirəm ki, Emil Ağacanov barəsində kompleks stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və o, ekspertiza mərkəzinə köçürülmüşdür. Təqsirləndirilənin yaxın qohumu, “BP” şirkətində çalışan Elnur Həbibov açıq şəkildə bəyan edir ki, ekspertlərlə razılığa gəliblər və anlaqsızlıq rəyi almaq üçün böyük məbləğdə pul veriblər. O, həmçinin açıq şəkildə “hər şeyi pulla həll edəcəyik” deyə bizə bildirmişdir.

 

Hörmətli Mehriban xanım,
 yuxarıda qeyd olunanlara əsasən Sizdən xahiş edirəm:

Cinayət işi №……-nin obyektiv araşdırılmasını təmin etmək məqsədilə bu işi şəxsi nəzarətinizə götürəsiniz. Bu işi Yasamal rayon prokurorluğundan çıxararaq, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə verilməsini təmin edəsiniz.

***

Biz Yenixeber.org olaraq müvafiq araşdırmalarla, eləcə də, aşağıdakı suallara cavab axtarmaqla mövzunu davam etdirəcəyik:

Özünün yaxın dostu, biznes ortağı olan gənc xanımı qətlə yetirməkdə şübhəli bilinən Emil Ağacanovun doğrudanmı psixoloji durumu yerində deyil?

Ekspert rəyində niyə bu vaxta qədər sağlam olan adamda psixoloji durumunun yerində olmaması diqnozu yer alıb ?

Emil Ağacanovun narkotik aludəçisi olmasına istintaqda niyə göz yumulur?
Qətlə yetyirilən xanıma göstərilən şiddət, ağır zərbələr və digər hallar ekspert rəyində niyə öz əksini tapmır?

Bu hallar nə səbəbdən  müstəntiqin diqqətdən kənar qalır?

İradə xanım qətlə yetirildiyi zaman niyə çılpaq olub və onun qanlı ləkəsi olan paltarlarını müstəntiq niyə işə daxil etmir?

Qatili tərəfindən şiddətə məruz qalan mərhum xanıma qarşı ölümündən qabaq zorlanma hadisəsi olmayıb ki?

Emil Ağacanovun yeznəsi Elnur Həbibovun  bu kommersiya şirkətlərində maraqları varmı?

İradə xanım qətlə yetirildiyi gün Emilin bacısının həyat yoldaşı  Elnur Həbibova zəng vuraraq Emilin vəziyyəti pisdir, gəlin aparın deməsinə ailənin üzvü niyə etinasızlıq göstərilib?

Narkoloji dispanserdə müalicə olunan Emil Ağacanovu yoluxan, ona qayğı göstərən İradə xanıma Elnurun, "sən bu ailənin üzvü deyilsən, Emil narkomandır, qoy qalsın bu vəziyyətdə", deməsini müstəntiq nəzərə alacaqmı?

Emil Ağacanov narkotikdən əziyyət çəkdiyi gün aparıldığı “Egey” hospitaldan çıxarılması üçün həkim tərəfindən niyə ailə üzvlərinə, yaxın qohumlarına deyil, İradə xanıma zəng vurub?

Həkimi buna kim təhrik edib? və sair...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam