Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“ÖZ KƏNDİRİNDƏ BOĞULAN ƏDƏBİ MÜHİT”


     

 

       Bu günki ədəbi mühitin durumuna birmənalı yanaşsaq, müasir ədəbiyyatımızın tərkib hissəsi kimi baxmaq olar,əgər belə demək mümkünsə... Bəs bu mühitdə cərəyan edən hadisələri hansı dövrün qalığı olaraq qəbul edək?  Bu suala cavab tapmaq üçün bəzi nüanslara toxunmaq istərdim. Əslində müasir ədəbiyyatı inkişaf etdirmək, istedadlı qələm sahiblərini irəli çəkmək bizlərə yaxşı insanlardan miras qalıb.Görək bu gün adı çəkilən ənənəni davam etdirən varmı? Bəlkə bir nəzər yetirək bu günki məddahlaşan ədəbi mühitə.Bu yaxınlarda qaşılaşdığım bir olayı önə çəkmək istərdim, yazar olduğum üçün  müxtəlif mətbuat səhifələrində publisistik məqalələrlə çıxış edib, qəzetlərlə əməkdaşlıq edirəm. Bir sözlə, xalqın ağrı- acısını önə çəkən publisistik məqalələrimi ictimayyətə çatdırdığımdan imzamla, xalqın yanında oluram. Bir fikri də etiraf edim ki,  XXI əsr elm və texnika əsri olduğu üçün İNTERNET  vasitəsilə məqalalərimi sosial şəbəkədə, dostlarla da bölüşərək, qiymət verənlərlə ünsiyyət qururam. Çox sonra tanıdığım həmkarlardan biri mənim imzama hörmətlə yanaşaraq yaradıcılığımı izlədiyini bildirir və yaxın dostlardan mənim ötən il işıq üzü görmüş “SEVDALIYAM BU HƏYATA”adlı kitabımı  əldə edərək, yaradıcılığımla daha yaxından tanış olur. Nəhayət, bir müddətdən sonra məndən müsahibə götürmək üçün icazə istəyir.Mən də hörmət əlaməti olaraq razılaşıram. Qax rayonunda yaşayan 80-ci illərdə fəaliyyət göstərmiş jurnalist, bir zamanlar mətbuatda çalışmış və qərəzsiz qələmilə seçilən  Nadir Ziyadlı  sosial şəbəkə vasitəsilə mənə verəcəyi sualları ünvanlayır. Sanki bu suallar mənim yaradıcılığıma  imtahan olaraq, imzamı ictimayyətə, ədəbi mühitə daha yaxından tanıtmaq məqsədi daşıyırdı.Lakin Nadir müəllim bölgələrimizdən biri, Qax rayonunda  yaşadığından müsahibəni redaksiyalara özüm təqdim etməli oldum. İlk olaraq müsahibəni əməkdaşlıq etdiyim ”Bütöv Azərbaycan”və “Təzadlar”qəzetinə təqdim etdim və  inanırdım ki, sözügedən müsahibə mütləq nəşr olunacaq. Bir müddətdən sonra materialın qəzetdə gedib-getmədiyi ilə maraqlananda  ərklə qapısını döydüyüm redaksiyalarda məni təəccübləndirən  bəzi olaylarla  qarşılaşdım. Dedilər ki,  biz o müsahibəni verə bilmərik, səbəbini soruşduqda,  susub üzümə baxdılar. Mən israrla tutarlı əsas istədim, lakin əsas göstərə bilmədiklərindən onların mövqeyi məni mütəəssir etdi. Ancaq  bir həmkar kimi mənə açıqlama vermələrini cox istərdim. Məni narahat edən, iki qələm sahibinə, mənə və dəyərli qocaman jurnalistimizə, yəni,bizim yazıya edilən hörmətsizlikdir. Məncə məsələ ”Qısğanclıqdadır”. Amma başa düşə bilmədim bu qısğanclıq bir müsahib olaraq mənə qarşı idi, yaxud müsahibənin müəllifi olan Nadir Ziyadlıya? İndi siz deyin belə  ədəbi mühitdə hansı irəliləyişdən bəhs etmək olar? Əslində suallara əsəsən verdiyim cavabların kəskinliyindən bəzi redaksiyalarda  belə hallarla qarşılaşa biləcəyimi əvvəlcədən bilirdim və bu səbəbdən sözügüdən müsahibəni əməkdaşı olduğum və ərk edib ilk olaraq güvəndiyim“Paralel” qəzetinin redaksiyasına təqdim etmişdim. Həmin gün qəzetin baş redaktoru Tapdıq Abbasla danışdığım üçün tam əmin idim ki,müsahibə  hər gün nəşr olunan qəzetdə    işıq üzü görəcək. Ancaq müəllifin istəyini nəzərə alaraq bu müsahibəni bir  neçə qəzetə təqdim etdim. Məni narahat edən yuxarıda göstərilən iki qəzet redaktorunun Nadir Ziyadlının imzası ilə məndən götürülən  müsahibəyə birmənalı  yanaşmamalarıdır. Amma qeyd edim ki, baş verənlər məni daim nə üçün sualları ətrafında düşündürəcək. Məncə bu əməkdaşların deməyə sözləri vardısa mənə və müsahibənin müəllifinə  irad və təkliflərini bildirmələri daha məqsədəuyğun olardı. Lakin, mətbuatda daima öz aktuallığı ilə seçilən və qərəzsiz mövqe tutan“PARALEL” qəzetinin baş redaktotu Tapdıq müəllim həmkarlarının edə bilmədiyini edərək xeyirxah qələm sahibi kimi, hər an mənim irəli getməyimə təkan verib. Mən bir jurnalist kimi,  Tapdıq müəllimə və onun kollktivinə öz təşəkkürümü bildirirəm.Çünki onlar bəzi redaktorların  risk hesab edib etmədiklərini edərək kəsərli məqalələrimi öz qəzetləri vasitəsilə ictimayyatə təmənnasız olaraq çatdırır və isredadı olanlara meydan verir.  Məncə sizlər də mənimlə razılaşarsınız ki, ədəbi mühitin nüfuzlu qəzetlərindən sayılan“PARALEL”qəzetini baş redaktoru Tapdıq Abbas,“Elimiz Günümüz” qəzetinin baş redaktoru Qiymət Məhərrəmli, ”Respublika”qəzetinin baş redaktoru Teymur Əhmədov, “Yeni Xəbər” qəzetinin baş redaktoru İlqar Salmanov, “Respublika Gəncləri” qəzetinin baş redaktoru Nazilə Rafiq kimi dəyərli  insanlar ədəbi mühitə addım atan istedadlı qələm sahiblərin  tanınması üçün əllərindən gələni edirlər. Zaman dəyərli olduğu qədər belə dəyərli insanlara zamanın özünün də ehtiyacı var və bu zaman kəsiyi belə insanları daima gündəmdə saxlayaraq yaddaşlarda yaşadacaqdır. Mən bu insanlara mətbuat vasitəsəsilə öz dərin  təşəkkürümü bildirərəm.Ələlxüsus Nadir müəllimə xüsusu olaraq təşəkkür edirəm, ona görə ki, mənim qələmimə dəyər verərək(baxmayaraq ətrafımda məni görə bilən və mənim dəyərləndirdiyim qələm sahibləri vardı) Qax rayonunda  yaşamasına baxmayaraq məndən müsahibə götürməklə, mənim kimliyimi, imzamı bir daha ədəbi mühitə, ictimayyətə daha yaxından tanıtdı və yeni-yeni sayıtlara üz tutmağıma dəstək oldu. Elə bu səbəbdən ”Üç Nöqtə”qəzeti öz syıtlarında mənim imzama yer ayırdıqlarına görə qəzetin baş redaktoru Xoşqədəm Hidayətqızına və onun müavini Pünhan Əfəndiyevə dərin təşəkkürümü bildirirəm. Zənnimcə belə dəyərli insanlardan dərs alaraq ədəbi mühiti bürüyən alaq otlarından təmizləmək mümkündür.Bəlkə də bu “Paxıllıq”,”Qısğanclıq”   belə davam edərsə, elə əvvəldən də öz hüsni- camalı ilə seçilən “Ədəbi Mühit” öz kəndirində özü boğulacaq, necəki, boğulur...         

                                                                                    

 

 

           TƏRANƏ ŞƏMS

                    

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam