Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Narkotikin PUA vasitəsilə ölkəyə keçirilməsinin qarşısı alınıb- FOTOLAR

Külli miqdarda narkotikin PUA vasitəsilə ölkəyə keçirilməsinin qarşısı alınıb- FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Yenixeber.org: Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək)  500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam