ABŞ öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırdı
ABŞ hökuməti öz vətəndaşlarına İŞİD terrorçularının mümkün hücumları ilə bağlı Türkiyə səfərlərini təxirə salmağı tövsiyə edib.
"Xeberinfo.com":Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi bəyanat yayıb.
Amerika Birləşmiş Ştatların narahatlığı əsassız hesab edilmir. Çünki az öncə ABŞ İŞİD və digər silahlı qruplaşmalara qarşı qətiyyətli addımlar atmağa başlayıb. Bununla bağlı regionda Amerika təbəələrinə qarşı təhlükə də xeyli artıb.
İŞİD-in ABŞ hücumlarına cavab olaraq edam elədiyi günahsız insanlar arasında isə amerikalılar da var.