Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İran ABŞ-a qarşı

 

ABŞ-ın IŞİD-ə kömək etdiyi iddiası

"Xeberinfo.com":  Məlumata görə, İran İnqilab Gözətçiləri Könüllülər Təşkilatı Komandiri general Məhəmməd Rza Nakdi, "ABŞ-ın IŞİD-ə kömək etdiyinə" dair iddialara dəstək verib.
 
Fars Xəbər Agentliyinin məlumatına görə Nakdi, Tehranda verdiyi açıqlamada, ABŞ-ı IŞİD-in nəzarətindəki  bölgələrə havadan silah və kömək vəsaitləri endirdiyini iddia edib.
O açıqlamasında "ABŞ, İraqda IŞİD-i birbaşa dəstəkləyir. ABŞ təyyarələri terroristlər üçün lazımlı silah və kömək vəsaitlərini havadan endirir " deyə açıqlama verib.
PİA.AZ Qazeta.info- ya istinadən bildirir ki, İraqlı təhlükəsizlik güclərinin ABŞ tərəfindən IŞİD-in nəzarət etdiyi bölgələrə endirilən kömək materialların bir qismini ələ keçirdiyini də irəli sürən Məhhəməd Rza, IŞİD-in əməliyyatları ABŞ-ın Bağdad səfirliyindən idarə olunduğunu bildirib.
Digər tərəfdən İran Sərhəd Gözətçiləri Komandiri Qasım Rzayi , ölkənin şimal-qərbindəki sərhəddə IŞİD-ə qatılmaq üçün partlayıcı maddələrlə sərhəddən keçmək istəyən Əfqan əsilli 3 terrorçunun həbs olunduğunu bildirdi.
Xatırladaq ki, IŞİD-ə qarşı mübarizə edən İraqlı könüllü döyüşçülər, keçən həftə İraqın Səlahəddin şəhərində ABŞ-a aid vertolyotların, İŞİD xadimlərinə havadan silah və sursat paketləri atıldığını bildirmişdi. ABŞ-ın Bağdad səfirliyi isə sözü gedən məsələ ilə əlaqədar  iddiaları  təkzib etmişdi.
Bildirək ki, ABŞ daha əvvəl də IŞİD lə döyüşən qruplara havadan silah, sursat və dərman yardımı atmış ancaq yardımların bir qisiminin IŞİD-in əlinə keçdiyi bildirilmişdi.
Amerika Mərkəzi Qüvvələr Komandanlığı da iddiaları qismən təsdiqləyərək, "IŞİD-in nəzarətindəki bölgəyə səhvən düşən bəzi silah və tibbi materialların vurularaq məhv edildiyini" açıqlamışdı.
Qeyd edək ki, ABŞ-ın IŞİD-ə kömək etdiyi ilə əlaqədar  iddialar hazırda İraq parlamentinin də gündəminə gəlmişdi. Müqtəda əl-Sədr qrupunun millət vəkillərindən Hüseyn əl-Şərifi, ABŞ-ın terror təşkilatı IŞİD-ə hərbi yardım etdiyini iddia edərək, İraq hökuməti və beynəlxalq cəmiyyətə, "ABŞ-a aid vertolyotlar İŞİD terrorçularına havadan silah və sursat dəstəyini dayandırın" çağırışı etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam