Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ “Xorasan”ı vurdu

ABŞ “Xorasan”ı vurdu

 

 

    “Əl-Qaidə” əlaqəli olan “Xorasan” qruplaşması hücum hədəfinə çevrilib
"Xeberinfo.com": Amerika Birləşmiş Ştatları (ABŞ) başçılığı ilə koalisiya qüvvələri İraq və Suriyada 3 gün ərzində İŞİD terror qruplaşmasına qarşı 35 hava hücumu həyata keçirib. 
ANS PRESS-in məlumatına görə, son üç gündə həyata keçirilən anti-İŞİD əməliyyatları zamanı Suriyadakı “Əl-Qaidə” əlaqəli olan “Xorasan” qrupu da hücum hədəfinə çevrilib. 
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı açıqlamada ABŞ və koalisiya qüvvələrinin 12-14 noyabr tarixləri arasında hərbi qırıcılar və pilotsuz hava qırıcıları yolu ilə İŞİD-ə qarşı Suriyada 19, İraqda 16 havadan hücum həyata keçirdiyi bildirilir. 
Qeyd edək ki, “Xorasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. ABŞ kəşfiyyatı sözügedən qruplaşmanın bir sıra böyük terror aktları törətmək planları olduğunu qeyd etməklə yanaşı, “Xorasan”ın digər terror qruplaşmalarından təhlükəli ola biləcəyini də qeyd edir. 
“NSA” qruplaşmanın üzvləri arasında xüsusilə Yəmən və Əfqanıstandan gələn bomba hazırlayan mütəxəssislərin olduğunu bildirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam