Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Türkiyənin hərbi attaşeləri qaçıb


 

Türkiyənin Yunanıstandakı hərbi attaşeləri ailələri ilə birlikdə qaçıb.

Xeberinfo.com:   “Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun ailələri ilə birlikdə harada olması barədə rəsmi Afinada hər hansı məlumat yoxdur.

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ.Yaşıtlı və polkovnik H.Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyidə həmin gün onların akkreditasiyalarını ləğv edib.

Ancaq polkovniklərin nə vaxt Afinadan qaçdıqları bilinmir. İ.Yaşıtlı və H.Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə də qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir. Yunan mətbuatı polkovniklərin hərbi çevrilişə cəhd edənlərlə yaxın olmaları yönündə ittihamlardan qorxaraq qaçdıqlarını yazıb. “Elefteros Tipos” qəzeti onların İtaliyaya qaçdıqlarının ehtimal edildiyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam