Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Daxili Qoşunların formalaşmasında Türkiyənin böyük zəhməti var”

 

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı – Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Xeberinfo.com":  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir müstəqillik illərində iki ölkə arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf edərək möhkəmləndiyini, bu əlaqələrin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb, onun “Bir milət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran R.Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu, qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında Daxili İşlər Nazirliyinin xətti ilə 700-dən çox hərbi qulluqçu və müdavimin təhsil aldığını xüsusi qeyd edib və buna görə minnətdarlığını bildirib. O, Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı – Gülhanə Hərbi Tibb Akademiyası rəisinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən general-polkovnik Ö.Paç Azərbaycana səfərindən şərəf duyduğunu, qısa zaman kəsiyində ölkəmizin olduqca sürətli və modern bir inkişaf yolu keçməsindən məmnunluğunu, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq, əlaqələrin bundan sonra daha da dərinləşməsinə çalışacaqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam