Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ATƏT PA sədrindən Qarabağ münaqişəsi ilə bağlı açıqlama

 

Son ay ərzində hadisələrin dramatik inkişafı bir daha  Ukrayna və Dağlıq Qarabağ münaqişələrinin destabilizasiya potensialını və insan həyatı itkisinə səbəb olduğunu göstərdi”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Almaniyanın Laynsvayler şəhərində ATƏT-in Parlament Assambleyası (PA) çərçivəsində münaqişələrin həllinə həsr olunan seminardaATƏT PA-nın sədri İlka Kanerva bildirib.

 

İ. Kanerva  deyib ki, ATƏT regionunda bütün münaqişələrin həlli yolunu tapmaq istiqamətində fikir ayrılıqlarını aradan götürmək üçün siyasi iradə tapmaq kritik məqam olaraq qalır. Bu, ATƏT-in həllində mandata malik olduğu bütün münaqişələrin həllində əsas komponent olaraq qalır.

 

Qeyd edək ki, 16-17 aprel tarixlərində Laynsvaylerdə  ATƏT-in Parlament Assambleyası çərçivəsində münaqişələrin həllinə həsr olunan seminar keçirilib. Seminarda Almaniya, Rusiya, Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Ermənistan, Gürcüstan,  İtaliya, Litva, Moldova, İsveçrə və İsveçdən olan parlamentarilər iştirak ediblər. Seminarda məqsəd münaqişələrin həllinə  ATƏT-in töhfəsini müzakirə etməkdir. Seminarda müzakirələr əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında son gərginliyə həsr olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam