Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ATƏT-in baş katibi:"Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir"

ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Moskvada keçirilən görüşündə münaqişələrin həlli əsas müzakirə mövzularından olub.

Yenixeber.org: Məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov ATƏT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yollarını ətrafında geniş müzakirələr aparıblar: "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik".

Rusiya XİN başçısı ATƏT-in Dnestrayanı və Balkanlardakı münaqişələrin həllində daha aktiv işləməsini istədiklərini bildirib.

O, Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. S. Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb.

Toman Qreminger də görüşün əsas mövzularından birinin ATƏT məkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir".(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam