Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ATƏT münaqişələrin həllində vacib rol oynayır"

ATƏT sədri:

 

 

"Bu günlərdə tək Liviya və Suriyadakı münaqişələr deyil, Dağlıq Qarabağ münaqişəsi də bizi narahat olmağa məcbur edir".
 
Xeberinfo.com:   Məlumata görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən əvvəl bildirib.
 
Onun sözlərinə görə, altı həftə əvvəl təmas xəttində döyüşlərin kəskinləşməsi onu göstərib ki, status-kvo uzunmüddətli perspektivdə dayanıqlı deyil.
 
"Münaqişə nə qədər uzanarsa, yeni eskalasiya riski, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artar.
  
ATƏT münaqişələrin həllində vacib rol oynayır. Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri kimi, atəşkəs rejimini möhkəmləndirməyə və siyasi prosesin bərpa olunmasına çalışır. Biz münaqişənin dayanıqlı həlli istiqamətində irəliləməyə səy göstəririk.
 
Fikrimizcə, əsas məqsəd kimi təmas xəttində atəşkəs rejiminə əməl olunmalı, etimad tədbirləri razılaşdırılmalı və danışıqlar prosesinə başlanılmalıdır. Bu, bir qədər zaman alacaq, bir gecədə heç bir qərar olmayacaq, lakin bu o demək deyil ki, biz münaqişənin həlli ilə bağlı səyləri məhv etməyə imkan verməliyik", - deyə o qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam