Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATƏT PA bəyannaməsində Qarabağ məqamı

 

ATƏT PA deputatları Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqədar narahatlıqlarını bildirib.

 

Xeberinfo.com:   "Report" xəbər verir ki, bu barədə bu gün Tbilisidə başa çatan ATƏT-in Parlament Assambleyasının illik sessiyasının yekunlarına dair qəbul edilmiş sənəddə - Tbilisi bəyannaməsinin mətnində deyilir.

ATƏT PA deputatları, həmçinin ATƏT sədrliyinin danışıqlar əsasında, mövcud formatlar və mexanizmlər çərçivəsində ATƏT regionunda həlli uzadılmış münaqişələrin siyasi həllinin axtarış üzrə fəal iştirakını da alqışlayıb.

Sənəddə parlamentarilərə çağırış da yer alıb: "Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa riskini azaltmaq üçün tərəfləri qarşılıqlı etimad tədbirlərinin möhkəmləndirilməsi haqqında razılıq əldə olunması istiqamətində ciddi addımlar atmaqla bağlı siyasi iradə göstərməyə və Minsk qrupu çərçivəsində problemin nizamlanmasına dair hərtərəfli saziş üzrə razılığa gəlinməsinə sövq etmək lazımdır".

Deputatlar, həmçinin qaçqın və məcburi köçkünlər probleminin həllində daha qətiyyətli siyasi iradə göstərilməsinə çağırış edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam