Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Koronavirusun orqanizmə daxil olduğu əsas "giriş qapısı" -AŞKARLANDI


Fərqli ölkələrdən olan alimlərin birgə apardığı araşdırma nəticəsində yeni növ koronavirusun bədənə daxil olduğu əsas nöqtə məlum olub.
Yenixeber.org: Almaniya, ABŞ, İngiltərə kimi bir neçə ölkənin birgə apardığı COVİD-19 araşdırmalarının nəticəsinə görə, burunda yerləşən "ACE2" və "TMPRSS2" adlı iki protein yeni növ koronavirusun orqanizmə daxil olduğu əsas "giriş qapısı" rolunu oynayır. Bütün viruslar orqanizmdəki digər hüceyrələrə daxil olmaq üçün məhz həmin nöqtələrdən istifadə edir. Araşdırmaçılar hər iki proteinin tərkibini və funksiyalarını öyrənmək üçün ağciyər, burun, bağırsaq, ürək, böyrək və qaraciyər hüceyrələri üzərində müşahidələr aparıb. Bütün araşdırmalar burunda yerləşən həmin proteinlərin virusların orqanizmə daxil olduğu əsas nöqtə olduğunu ortaya qoyub. Araşdırmanın nəticələri məşhur "Nature Medicine" adlı elmi jurnalda yayımlanıb. Qeyd edək ki, araşdırmaya Almaniyadan "Max Delbrück" tibb mərkəzi, İngiltərədən "Wellcome Sanger" İnstitutu, ABŞ-dan "HumanCellAtlasLung BiologicalNetwork" araşdırma mərkəzi, Fransadan "Cote d'Azur" Universiteti, Niderlanddan "Groningen" Universitetindən olan mütəxəssislərin cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam