Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alimlər-koronavirusun “zəif nöqtəsini” tapdılar

Britaniyalı alimlər belə qənaətə gəliblər ki, koronavirusun qişası digər təhlükəli viruslarla müqayisədə o qədər də qalın deyil.

 

Yenixeber.org: “Science” jurnalı xəbər verir ki, mütəxəssislər bu halda insan orqanizminə koronavirusa qalib gəlməyi öyrətməyin mümkün olduğunu iddia edir.

 

Bildiyimiz kimi, koronavirus hüceyrələrə S-zülalların vasitəsi ilə bərkiyir. SARS-CoV-2 virusunun sözügedən zülalları qlikan adlanan kiçik karbohidrat molekulları ilə örtülüdür.  Məhz onlara görə insanın immun sistemi “çağrılmamış qonaqları” tanıya bilmir. Lakin virusun üzərində qlikanlarla örtülü olmayan “dəliklər” var.

 

“Karbohidratlar sayəsində virus özünü “xəfiyyə” kimi aparır. Lakin bizə məlum olub ki, o bunu başqa viruslarla müqayəsədə o qədər də yaxşı bacarmır”, - deyə araşdırmanın müəlliflərindən biri olan Mark Krispin bildirib.

 

Onun fikrincə, koronavirusun “zəif nöqtəsi” üzə çıxdıqdan sonra araşdırmaçılar onunla daha səmərəli mübarizə üsulları tapacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam