Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alimlər koronavirusun “zəif nöqtə”sini tapıblar –ARAŞDIRMA

Alimlər COVID-19-a səbəb olan SARS-CoV-2-nin fundamental xüsusiyyətini aşkarlayıblar.

Yenixeber.org: Bunu Sauthempton Universitetinin mütəxəssisləri açıqlayıblar.

Məlumata görə, alimlər dünyada ilk dəfə SARS-CoV-2-nin yayılma modelini yaradıblar. Bunun sayəsində koronavirusun insan hüceyrələrinə yapışmaq vasitəsi olan böyük miqdarda tikanlara sahib olduğu məlum olub. Bu tikanlar karbohidrogen molekul olaraq qlikanla örtülüb. Qlikan virusu pərdələyərək immunitetdən gizlənməsinə şərait yaradır.

Ancaq qlikanın quruluşunu araşdıran alimlər koronavirusun antikorlardan elə də yaxşı qorunmadığını müəyyənləşdiriblər.

“Viruslar karbohidratlar sayəsində saman altından su yeridirlər, ancaq biz öyrəndik ki, digər viruslardan fərqli olaraq koronavirusda bu, elə də yaxşı alınmır”, – araşdırmanın rəhbəri professor Maks Krispin söyləyib.

Araşdırmaçılar SARS-CoV-2-nin örtüyündə dəliklər aşkarlayıblar. Bu, koronavirusu digər viruslarla, məsələn, dəlilməz örtüyə sahib İİV ilə müqayisədə daha həssas edir.

Tədqiqatçıların fikrincə, SARS-CoV-2-dəki açıq sahələrin aşkarlanması onu immunitet üçün görünən edəcək, həmçinin laborator antikorların koronavirusdakı həmin boşluqlara fokuslanmasına yardımçı olacaq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam