Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ərəblər niyə koronavirusa az yoluxur?- GENETİK ARAŞDIRMA...

"Ərəbin ağciyər hüceyrəsinə bir virus daxil olursa, Şərqi Asiya və ya Avropalı insanın ağciyər hüceyrəsinə 1000 virus daxil olur..."
Yenixeber.org: “COVID-19”-un yayılması ilə əlaqəli qlobal böhranın başlanğıcından bəri dünyanın bir çox müşahidəçiləri naməlum səbəblərdən ərəblərin, məsələn, Avropa ölkələrinin nümayəndələrinə nisbətən ölümcül virusa daha az yoluxduğunu sezməyə başlayıblar. Bu sual elm adamlarını çaş-baş qoyub. 
 
Məlumata görə, buna cavab vermək üçün İordaniya Genetik Mühəndisləri Cəmiyyəti ərəblərin yeni növ koronavirusa qarşı güclü müqavimətini izah edən  tədqiqatdan bir fraqmenti nəşr etdirib.
Aprelin 19-da sözügedən Cəmiyyətin rəhbəri Rəmzi Fuda qurumun “Facebook» səhifəsində məcazi olaraq “İbrahim üçün alov kimi  görünən koronavirusun Yaxın Şərq ərəbləri üçün sərinləşdirici və qurtuluş oldduğunu" bildirib. Öz gəldiyi nəicəni dəstəkləmək üçün o, professor Vəlid əl-Ziud və Hazem Haddadın rəhbərliyi ilə bir qrup genetikin İordaniya Ali Təhsil Nazirliyinin Tədqiqat Fondu üçün apardıqları təhqiqata istinad edib.  Bu araşdırmaya görə, Şərqi Asiya və Avropadan fərqli olaraq Orta Şərqin ərəb əhalisinin vücudlarına virusla asanlıqla mübarizə aparmağa imkan verən genetik “SNPS” - tək nukleotidli polimorfizmdir. 
Tədqiqat, həmçinin, ərəblərdə olan ağciyər hüceyrələrinin Şərqi Asiya və Avropa əhalisinə nisbətən 1/1000 nisbətində “ACE 2” (angiotensin yaradan ferment 2) ehtiva etdiyini göstərib. Koronavirus üçün orqanizmə giriş qapıları da məhz “ACE 2” reseptorlarıdır... 
Araşdırmada belə bir misal çəkilir: 
"Əgər Yaxın Şərq mənşəli ərəb insanın ağciyər hüceyrəsinə  bir virus daxil olursa, Şərqi Asiya və ya Avropadan olan bir insanın ağciyər hüceyrəsinə 1000 virus daxil olur. Bu səbəbdən də ərəb insanın immunitet sisteminin ən az sayda virusa qarşı çıxması daha asan baş tutur...”
Rəmzi Fuda bildirib ki,   eyni səbəbdən  Şərqi Asiya və Avropada qrip virusunun daha çox ölümcül hesab edildiyi halda Yaxın Şərqin ərəb ölkələrində bu, adi bir xəstəlik kimi qarşılanır.  Onun sözlərinə görə, bunu yəhudi əhalisi ilə eyni mühitdə və coğrafi məkanda yaşayan İordan çayının Qərb Sahili ərəbləri ilə müqayisədə İsraildəki koronavirus statistikası da sübut edir...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam