Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Almaniyalı deputat: "Azərbaycan bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir"

 
“Azərbaycan ilə Almaniya arasında çox normal parlamentlərarası münasibətlər mövcuddur. Nəzərə alsaq ki, qlobal dünyada parlamentarizmin rolu xalqlararası, ölkələrarası münasibətdə həlledicidir, düşünürəm, iki ölkə arasında bu baxımdan ciddi potensial var”. 

Yenixeber.org: Bunu Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Guttinq bildirib. 

O hesab edir ki, Almaniya parlamentindən Azərbaycanın yetərincə görünməsi üçün daha çox qarşılıqlı dialoqlar, təqdimatlar keçirilməlidir: “Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir”. 

Deputat, həmçinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribatın və hücumların qəbuledilməz olduğunu vurğulayıb:  “Heç bir ölkə hərbi təcavüzə məruz qalmağa layiq deyil, o cümlədən Azərbaycan. Dağlıq Qarabağ münaqişəsində beynəlxalq normalar, o cümlədən ATƏT-in Minsk qrupu missiyası var. Hesab edirəm, bunlara zidd addımların atılması yalnız münaqişənin uzadılmasına xidmət edə bilər”, - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam