Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alman deputatlar Milli Məclisdə -Foto

Azərbaycan Milli Məclisinin (MM) Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü olub.

Yenixeber.org: MM-in mətbuat xidmətindən verilən məlumata görə, deputat Xanlar Fətiyev bildirib ki, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Almaniya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Görüşdə çıxış edən deputat Asim Mollazadə deyib ki, cari ildə almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olunur: “İllər öncə ölkəmizə köçmüş almanlar burada qardaşlıq, əmin-amanlıq şəraitində yaşayırlar. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu gün Gürcüstan, Moldova, Ukrayna eyni problemlə üzləşib. Bu, bizim müstəqillik mübarizəmizdir. Azərbaycan demokratiya yolunu seçib, insan azadlıqlarının qorunması bizim üçün çox vacib amildir”.

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının sədr müavini Johann Vadephul səmimi görüşə görə təşəkkürünü ifadə edib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Bundestaqın bütün fraksiyalarının üzvləri təmsil olunublar. Qonaq bildirib ki, ölkələr beynəlxalq müstəvidə, bir çox mötəbər təşkilatlarda, o cümlədən Avropa Şurasında əməkdaşlıq edirlər. O vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, xüsusilə enerji sahəsində böyük nailiyyətlər əldə olunub. Bu, Almaniya şirkətləri üçün geniş imkanlar yaradır”.

Almaniya Bundestaqının üzvü bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli önəmli məsələdir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişənin aradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır”.

Görüş zamanı parlamentlər arasında, o cümlədən dostluq qrupları səviyyəsində əlaqələrin inkişafı, ölkələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Malik Həsənov, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvləri Barbara Hendriks, Armin-Paulus Hampel, Azad Demokrat Partiyası fraksiyasının sədr müavini Frank Sitta, Şərqi Avropaya doğru xarici siyasət üzrə fraksiyanın sədri Manuel Sarrazin, İnkişaf siyasəti üzrə fraksiyanın sədri Helin Sommer və digər rəsmi şəxslər iştirak ediblər.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam