Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan çox vacib tərəfdaşdır" - Bundestaqın deputatı

"Azərbaycan çox vacib tərəfdaşdır" - Bundestaqın deputatı
Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.
Yenixeber.org:  Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev bildirib ki, Azərbaycan Almaniya ilə münasibətlərinə böyük önəm verir və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir. 

O, belə səfərlərin sayının artırılmasının vacibliyindən danışıb. Söhbət zamanı qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verilib. 

Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqazparlament qrupunun sədri Yohanes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə Azərbaycanın çox inkişaf etdiyini və gözəlləşdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycana Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan regionda vacib rola sahibdir və Almaniya üçün çox vacib tərəfdaşdır. 

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. 

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əli Hüseynli, Tahir Mirkişili, Sevinc Hüseynova, Asim Mollazadə, hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael Kindsqrab iştirak ediblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam