Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Nazirin qardaşı Vergilər Nazirliyinə qarşı

Kərəm Həsənov isə saxta protokol əsasında nazir qardaşına torpaq verib
Xeberinfo.com:   "TEMA" MTK Sabunçuda yüksək mərtəbəli binalar tikəcək. Bu binaları MTK “Sabunçu İstehsalat Xidmət Bazası” ASC-nin ərazisində tikməyə hazırlaşır. Ancaq ASC səhmdarları bundan narazıdır. Bu məlumatı da bizimyol.info-ya həmin səhmdarlar verib. Məlumatda bildirilir ki, Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşı, TEMA MTK-nın sahibi Əvəz Əhmədov ASC-ni iclas qaydasında bölərək ordan böyük pay götürüb qurumun torpaqlarında bina tikmək istəyib. Ancaq Vergilər Nazirliyi buna imkan verməyib. Nazir qardaşı Vergilər Nazirliyini məhkəməyə versə də, istəyinə nail olmayıb. Buna baxmayaraq, ASC-nin bunalarını yerlə yeksan edərək öz tikinti layihəsinə start verib. 
Məlumatda daha sonra deyilir ki, nazir qardaşının bu qanunsuz əməlinə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dəstək verib. Belə ki, Əvəz Əhmədov AS-nin ümumi yığıncağının saxta protokolunu Əmlak Məsələləri Komitəsinə təqdm edib, Komitə isə sənədin saxta olduğunu bilsə də, Azərbaycanda geniş yayılmış üsulla və motivlərlə bu saxta protokolu əsas götürüb, müəssisənin istifadəsində olan 15 min 547 kvadratmetr sahənin 14 min 618,2 kvadratmetrini nazirin qardaşına verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam