PUQAÇOVA QİYAMI -Emin Eminbəyli yazır

(ALLA PUQAÇOVANIN MÜSAHİBƏSİNƏ SÖZARDI)
Yenixeber.org: Yaddaşım məni aldatmırsa bu sözləri ABŞ prezidenti olarkən Ronald Reyqan söyləyib.Kimsə Peyqana demişdi ki,Amerikada istənilən evin qapısını döysəniz, sizin gəlişinizə şad olarlar.Reyqan da cavab vermişdi ki, Amerikada gəlişinə istənilən evdə şad oluna bilən cəmi bir adam var,o Frenk Sinatradır.
Bu sözləri SSSRİ də cəmi iki adama şamil etmək olardı-Müslüm Maqomayeə və Alla Puqaçovaya.Bu iki adamın gəlişi istənilən evə nəinki şadlıq gətirərdi,əsil möcüzə olardı.
Müslüm dünyasını dəyişib,Alla sağdır.
Cavan nəsil bilməyə bilər.Amma mən yaşda olanlar gözəl bilir ki,SSRİ dünyanın ən zalım dövlətlərindən idi və dünyanın özü kimi bütün zalım dövlətlərini himayə edirdi.
Bu dövlətin öz vətəndaşları üçün cəmi iki ipostası vardı- onu bəyənirsənsə dostusan,bəyənmirsənsə düşmənisən.Üçüncü seçimdən söz gedə bilməzdi.
SSRİ təkcə milyonlarla adi vətəndaşın zülm məskəni olmayıb,böyük şəxsiyyətlərin,dahilərin,istedadların həbsxanası olub.Şəxsiyyətinə hörmət qoyan dahilər bu ət maşınından nadir hallarda salamat qurtula bilib.
Dmitri Şostakoviç Stalinin çıxışından sonra hamının gözü qarşısında böyük rəhbərə əl çalmayıb.
Pyotr Kapitça Stalinin 70 illik yubileyinə getməkdən imtina edib.
Lev Roxlin Yeltsinin ona verdiyi Milli Qəhrəman adını almayıb.
Bunlar çox nadir nümunələrdir.
Vladimir Bukovski,İosif Brodski,Aleksandr Zinovyev,Aleksandr Yesenin-Volpin,Anatoli Marçenko,Valeriya Novodvorskaya... hər biri SSRİ adlı nəhənglə ölənəcən döyüşüb.Sürgün olunublar,işgəncələrə məruz qalıblar,öldürülüblər,amma əqidələrindən dönməyiblər,şər imperiyasına təslim olmayıblar.
Bu gün ləyaqətli insanların həmin işini Alla Puqaçova davam etdirir.
Bilməyənlər bilsin,Alla təkcə Kamçatkadan Kalininqrada qədər istənilən evin qapısını ürəklə aça bilən və qapını açanları sevindirə bilən müğənni deyil.Alla Rusiyada öz zəhməti və istedadı sayəsində milyonları,krallara məxsus sarayları,var-dövləti olan tək-tük adamlardan biridir.Bütün bunlara baxmayaraq Alla Rusiya kimi bəşəriyyətə bədbəxtlik gətirən bir dövlətdə yaşamağı özünə rəva bilmədi.Bu dövlətin havasını almağı,suyunu içməyi,torpağında gəzməyi istəmədi.
Musiqiçi Qlinka kimi bu dövlətə tüpürməyi,filosof Berdyayev kimi ondan imtina etməyi bacardı.Dünənə qədər Alla milyonlarla insan üçün Qlinka kimi musiqiçi idi.Bu gün o Berdyayev kimi filosofdur.
BU GÜN ALLA ELƏ BİR İŞ GÖRDÜ Kİ,
Onu təkcə böyük müsiqiçilər görə bilməz.
Onu böyük filosoflar görə bilməz.
O işi yalnız böyük şəxsiyyətlər görə bilər.
Alla böyük müğənni olduğunu 50 il bundan əvvəl-kiçik partiya xadimi Leonid Brejnevin Alla Puqaçova erasında sübut edib.
Bu gün isə Alla tamam başqa bir era yaratdı.50 il əvvəl yaratdığı erada Brejnev çox kiçik bir partiya xadimi kimi görünürdüsə yeni yaratdığı erada Putin ən böyük mikroskopda belə görünməzdir.
Vladimir Putin Alla Puqaçova ilə müqayisədə bu dərəcədə kiçikdir.
NƏİNKİ PUTİN
Şopen Polşadan,Pele Braziliyadan nə dərəcədə böyükdürsə Alla da o dərəcədə Rusiyadan böyükdür.
Allanın səsinə Rusiyada hələ bugünkü qədər ehtiyac olmamışdı.
Boğazdan gələn melodik səsinə yox,vicdanından gələn səsinə.
Hər bir insanın daxilindən gələn səs onun vicdanının səsidir.
Bu səsi eşitmək hələ işin yarısıdır.
Ən mühümü bu səsin dediklərini eləməyi bacarmaqdır.
Görmək istədiyin hər hansı bir işdə Allahın nə əmr etdiyini bilmirsənsə vicdanının səsinə qulaq as,bu səsin söylədiyini elə.
Vicdan heç vaxt Allahın dediyinin əksini deməz.
Bu gün Alla İsa məsihin söylədiklərini oxuyub təkrarlamır, vicdanının səsini dinləyib,eşitdiklərini söyləyir.
Əlli ildir insanlar Allanın səsinə qulaq asırdılar,bu gün onun vicdanının səsini dinləyirlər.
Vicdanının səsi isə melodik səsindən daha gözəl,daha cəlbedici,daha düşündürücüdür.
İndiyəcən Allanın səsinin vurğunu idik,bu gün Onun səsinin köləsinə çevrilirik.
Bu günəcən Alla səsi ilə ruhumuzu oxşayırdı,bu gün səsi ilə vicdanımızı döyəcləyir.
Bu günəcən səsi ilə insanlıara rahatlıq gətirirdi,bu gün o artıq səs deyil,həyəcan təbilidir,nabatdır.
Bu günəcən o gözəl müğənni səsi idi,bu gün apelyasiyasız qəti hökm çıxaran sərt hakimin səsidir.Bu səs isə deyir:
YA MƏNƏ OXŞAYACAQSINIZ,YA VLADİMİR PUTİNƏ.
İpostas yenə ikidir.