Qəzzadan təxliyə edilən insanların sayı AÇIQLANDI
“Hazırda Qəzza şəhərinin 450 mindən çox sakininin zolağın cənubuna təxliyə edildiyi təxmin edilir”.
Yenixeber.org: Bunu İsrail ordusunun sözçüsü briqada generalı Efi Defrin brifinqdə deyib.
Hərbi sözçü qeyd edib ki, evakuasiya iki dəhliz üzrə aparılır. O, həmçinin iddia edib ki, HƏMAS hərəkatının silahlı radikalları mülki əhalinin Qəzzadan təxliyəsinə mane olmağa çalışır.
Döyüşlərdən əvvəl Qəzza şəhərinin əhalisinin 1 milyon nəfər olduğu təxmin edilirdi.