Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR:54 milyonun talanmasında qohumları da iştirakçı olub 

54 milyon manat yeyinti ittihamı ilə bugünlərdə 14 il azadlıqdan məhrum edilən “SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru Ramin İsayevlə bağlı cinayət işində adı keçən şəxslərin bir çoxu onun yaxınlarıdır.

Yenixeber.org: Araşdırmamız zamanı məlum olub ki, bu sırada Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Rafiq İsayev, bacısı övladlarından “SOCAR-AQŞ” MMC-də Logistika şöbəsinə rəhbərlik etmiş Anar İsmayılov, Satınalmalar şöbəsinin keçmiş müdiri Ramil Nəbiyev, onun qardaşı Cəbrayıl Nəbiyev və başqa qohumların adları var.
Ramin İsayev 14 il azadlıqdan məhrum edilməklə yanaşı, onun yaxınlarının adına, dəyəri milyonlarla olan xeyli daşınmaz əmlak və nağd pul da müsadirə edildi.
Gununsesi.info-nin əldə etdiyi məlumata görə, 2024-cü ilin yayında Ramin İsayev tutulandan sonra onun yaxınlarının yaşadığı evlərdə də axtarış aparılıb və təkcə elə bacısı oğlu Cəbrayıl Nəbiyevin mənzilindən 5 milyon 780 min dollar və 200 mindən çox manat tapılıb. Bundan başqa, daha 2 milyon 500 min dollar və 217 min manat pulu könüllü şəkildə istintaqa təqdim edib.
Ümumiyyətlə, Ramin İsayevin işi üzrə müsadirə olunan əmlak və pulun böyük bir hissəsi rəsmi şəkildə Cəbrayıl Nəbiyevə məxsusdur.
Cəbrayıl Nəbiyev məhkəmədə dindirilərkən evindən tapılan pulların dayısına məxsusluğunu inkar edib. O, iddia edib ki, son vaxtlara qədər heç dayısı ilə isti münasibətləri yox idi, tez-tez görüşmürdülər. Lakin məhkəmə onun dediklərini inandırıcı qəbul etməyib.
2009-2020-ci illərdə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsində çalışmış Ramin İsayev 2023-cü ilin iyulunda həbs olunub.
O, ittihamları qəbul etmir.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam