Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Etibar Pirverdiyevə borca görə 5 il möhlət verildi

 

Nazirlər Kabineti “Azərenerji” ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib

"Xeberinfo.com":   Məlumata görə, baş nazir Artur Rasizadə müvafiq sərəncamı 27 iyul 2015-ci il tarixində imzalayıb. Sərəncam imzalandığl gündən qüvvəyə minib.
Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla, “Azərenerji” ASC-nin balansından “Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.
Energetika Nazirliyinə “Azərenerji” və “Azərişıq” ASC-lərlə birlikdə 3 ay müddətində “Azərenerji” ASC-nin balansından “Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan debitor və kreditor borclarının məbləğlərinin müvafiq təsdiqedici sənədlər əsasında dəqiqləşdirilməsini və balansa alınmasını təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi isə Vergilər Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə “Azərenerji” ASC-nin kreditor borclarının tənzimlənməsinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, “Azərenerji” ASC-nin idarəçiliyində olan regional paylayıcı elektrik şəbəkələri “Azərişıq” ASC-nin balansına verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam