Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Həbs olunan tanınmış iş adamının vəkilindən ilginc açıqlama

Xeberinfo.com:   Bir neçə gün öncə həbs olunan tanınmış iş adamı İlham Qasımovun vəkili Taleh İbrahimov sözügedən məsələ ilə bağlı Ölkə.Az-a ilginc açıqlamalar verib. Vəkil bildirib ki, müvəkkili İlham Qasımov əslində, “Real MTK”nın təsisçisi və rəhbəri deyil:

“İlham müəllimə qarşı irəli sürülmüş ittihamla qətiyyən razı deyilik və hesab edirik ki, ittiham əsassızdır. Saytlarda gedən informasiyalarda bildirilir ki, İlham müəllim mənzilləri təkrar başqa adamlara satıb. Bunun da heç bir əsası yoxdur. Bununla bağlı müvəkkilimə qarşı heç bir ittiham irəli sürülməyib. Müvəkkilim əməkdaşlıq etdiyi bir şəxsin şikayəti əsasında saxlanılıb. Guya həmin adam tikintiylə bağlı pul qoyub və həmin vəsait təyinatı üzrə istifadə edilməyib. Hazırda o məsələylə bağlı Binəqədi Rayon Məhkəməsində mülki qaydada iş gedir”.

Əməkdaşımızın “bəs mülki qaydada ittiham irəli sürülübsə, niyə cinayət işi açılıb” sualına T.İbrahimov belə cavab verib:

“İttihamda bildirilir ki, İlham Qasımov həmin şəxsin pulunu təyinatına uyğun istifadə etməyib. İttiham aktında qeyd olunur ki, guya İlham müəllim “Real MTK”-nın sədridi. Ancaq halbuki belə deyil. Bununla bağlı Vergilər Departamentindən də cavab almışıq ki, o artıq MTK-nın sədri deyil. Özü də həbs olunanda bildirmişdi ki, mən bu qurumun nə sədri, nə də təsisçisi deyiləm. Digər təsisçi MTK-ya pul verib, həmin vəsaitin verilib-alınmasında da müvəkkilim iştirak etməyib”.

Vəkil bildirib ki, İlham Qasımovu şərikinin şikayəti əsasında həbs ediblər:

“Müvəkkilim məhz Şəhla Rüstəmovanın şikayəti əsasında həbs olunub. Vergilər Departamentindən aldığımız sənədi məhkəməyə də, müstəntiqə də təqdim etmişik. İttihamda yazılıb ki, İlham MTK-nın sədri kimi Şəhla Rüstəmovadan pulu alıb mənimsəyib və aldadıb. Halbuki pulun alınıb verilməsi sənədlərində İlham müəllimin imzası yoxdur. Eyni zamanda Qasımovun MTK-ya heç bir aidiyyatı yoxdur”.

T.İbrahimovun sözlərinə görə, iş adamının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət edilib:

“Pul tələbiylə bağlı işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Hazırda eyni vaxtda həm mülki, həm də cinayət işi gedir. Mülki işdə pul verən şəxs özü də bildirib ki, pulu İlham müəllimə deyil, MTK-ya verib. Amma gəlib şikayət edir ki, pulu İlham Qasımov vermişəm. Eyni adam ziddiyyətli ifadələr verir. Müvəkkilim barədə həmçinin Korrupsiaya Qarşı Mübarizə Baş idarəsində araşdırma aparılır”.

Xatırladaq ki, tanınmış iş adamı İlham Qasımov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam