Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kərəm Həsənov Hacı Ibrahimə qarşı

 

Əmlak Komitəsi Bakı Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib

"Xeberinfo.com":  Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov “Avesta konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmliyə məxsus “Həsən-96″ şirkətini və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Bu barədə məlumatı ”Reytinq” qəzeti yayıb. Məlumatda deyilir ki, Bakı meriyası Hacı İbrahimin tikinti aparan şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verib.
Yəni dövlətin balansında olan və bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmalı olduğu halda, bu, edilməyib. Meriya özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində meriya sərəncam verib. “Həsən-96″ isə bu sahə üzərində qanunsuz tikinti aparıb. İndi də komitə məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir.
Məlumata görə, komitənin iddiası əsasında artıq 2 saylı Baakı İnzibati-İqtisadi Məhkəmədə iclas keçirilib. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəyə son qoymayıb. İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır.
1KEMəlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “Həsən-96″ MMC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ”özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması” və sair tələblərdən bəhs edən şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxışa qəbul olunub.
Hakim iş üzrə iyunun 11-nə iclas saatı təyin edib. Əgər məhkəmə komitənin şikayətini təmin edərsə, bu, Hacı İbrahim üçün daha bir ciddi zərbə sayılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam