Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirliyin biznesmen rəhbərləri

vergiler-nazirliyiVergilər nazirliyinin açıqlamasında bu dövlət qurumunda müəyyən struktur və kadr dəyişikiliyi aparılmasına diqqət çəkilir.

Xeberinfo.com:  Ən önəmli təyinat aparat rəhbəri ilə bağlıdır. Nazirliyin Şamaxıdakı Tədris Mərkəzinə direktor göndərilən Əli Həsənovu Ağasəməd Əfəndiyev əvəzləyib.

Bu təyinatadək Ağasəməd Veyis oğlu Əfəndiyev nazirliyin İnsan Resursları İdarəsi rəisinin birinci müavini vəzifəsini daşıyıb. O, nazirlikdə fəaliyyətə başlamazdan öncə bir çox özəl şirkətdə çalışıb.

Həm dövlət məmuru, həm də biznesmen

A. Əfəndiyev «Synergy Group» ASC-nin və «Shamkir Capital Group» MMC-nin Müşahidə Şurasının üzvü olub. Burada çalışmaqla yanaşı, ən iri beton təchizatçılarından sayılan «Spark» MMC-nin direktoru vəzifəsini tutub. 2013-cü ilin mayında Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanında qurulan, ancaq aktivləri Şəmkir rayonundakı «Asset Property» MMC-nin idarə olunması da ona tapşırılıb. Ağasəməd Əfəndiyev 2008-ci ildən bəri «Metropol İnşaat» MMC-nin sahiblərindən biridir.

Diqqət çəkən məqam odur ki, bu təyinatdan sonra A. Əfəndiyev qardaşı Rahimin birbaşa rəhbərlərindən birinə çevrilib. Rahim Əfəndiyev hazırda Vergilər Nazirliyi Maliyyə-Təsərrüfat İdarəsinin rəisidir.

Yollar və qardaşlar biznesdə birləşir?

…İndi Vergilər nazirliyində yüksək vəzifə tutan bir çox şəxsin də yolu əvvəllər biznesdən keçib və bəzən bu yollar heç də birtərəfli olmayıb. Məsələn, nazir müşaviri vəzifəsini tutan Riyad Zakir oğlu Hüseynov2012-ci ilədək burada müxtəlif vəzifələrdə çalışıb və həmin il «Synergy Group» ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib. 2014-cü ildə yenidən nazirliyə qayıdıb. Hazırda bu şirkətlər qrupuna onun qardaşı Fərid Hüseynov rəhbərlik etməkdədir.

Mahir Əhmədağa oğlu Rəfiyev də bir vaxtlar nazir Fazil Məmmədovun müşavirlərindən biri idi. O bu vəzifəyə gəlməzdən öncə «AtaHolding» MMC-də (əvvəllər ASC idi) və onun bəzi törəmə şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. İndi M. Rəfiyev Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisidir.

Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vüqar İsmət oğlu İsmayılov «AtaHolding» MMC-nin və Bank VTB (Azərbaycan) ASC-nin MŞ sədrinin müavini, «Konsaltinq-AZ» MMC-nin baş direktoru, ən azı,

3 şirkətin («Layf Fitnes», «Pegas Marketinq» və «Toskana» MMC-lər) ortaqlarındandır.

«Panama Papers»də vergilər nazirinin adı hallanıb

Bu yaxınlarda araşdırmaçı jurnalsitlərin beynəlxalq şəbəkəsinin – OCCRP-nin açıqladığı «Panama Papers» sənədlərində vergilər naziri F. Məmmədovun da adı hallandırılıb. Onun 2013-cü ildə – yenə nazir vəzifəsini tutduğu dönəmdə prezident İlham Əliyevin ailə üzvləri adıçəkilən şirkətlərə təsisçi qismində qatılıb. «Panama Papers»in bu məlumatı rəsmən təkzib edilməyib.

azadliq.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam