Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Akademiya rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Yenixeber.org: Parkın girişindəki xatirə daşının önünə gül dəstələri qoyan ASAPES rəsmiləri Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad ediblər.